"Araz-Naxçıvan"da yeni məşqçi təyinatı - RƏSMİ

22.01.2026 13:52 36
Ölkə futbolu
Baş məşqçi Andrey Demçenkonun istəyi ilə “Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək.

Ukraynalı mütəxəssislə "5 ay + 1 il" müddətini əhatə edən müqavilə imzalanıb.

Xatırladaq ki, məşqçilər korpusunda Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.