Zəruri əməliyyat

31.12.2025 10:31 7
Dünya futbolu
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, Roma təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 66 yaşlı mütəxəssis ürəyində yaranan problem səbəbindən əməliyyat olunub.

Həkimlər onda qulaqcıqların fibrilyasiyası (ürək ritminin pozulması) aşkar ediblər. Məlumata görə, mütəxəssisin əməliyyatı uğurla başa çatıb. Təcrübəli çalışdırıcının yaxın günlərdə komandadakı işini bərpa edəcəyi bildirilir.

Sarri bu il yenidən “Latsio”ya baş məşqçi təyin olunub. O, daha əvvəl 2021-24-cü illərdə də paytaxt klubunu çalışdırıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul