• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Pul qoyuluşu qalmaqalında 100-dən çox futbolçu cəzalandı

Dünya futbolu

19-11-2025, 11:0

Türkiyə futbolunda oyunlara pul qoyuluşu ilə bağlı qalmaqalın belə desək, ikinci pərdəsi yaşanır.

"Football-plus.az" xəbər verir ki, daha öncə Türkiyə Futbol Federasiyasının (TFF) “təmiz əllər” adı altında apardığı əməliyyatın əsas qurbanları hakimlər idisə, bu dəfə futbolçular diqqət mərkəzinə düşüb.

Federasiya öz saytında son illərdə ən azı bir dəfə mərc oynayan 1024 peşəkar futbolçunun adını açıqladı. Siyahı böyük əks-səda doğurdu. Çünki orda 6-sı nəhəng klublardan olmaqla superliqadan ümumilikdə 27 futbolçunun adı qeyd olunmuşdu! “Beşiktaş”dan Nəcip Uysal ilə Ərsin Destanoğlu, “Qalatasaray”dan Ərən Elmalı ilə Metehan Baltacı, “Trabzonspor”dan isə Bora Başkan ilə Salih Malkoçoğlu rəsmi şəkildə oyunlara pul qoyuluşu etməkdə günahlandırıldı.

Bu futbolçular arasında ən çox canfəşanlıq edən və etiraz bildirən “Beşiktaş”lılar oldu. Uzun illərdi “qartal”ın şərəfini qoruyan, hətta bir ay əvvələ qədər kapitan sarğısını da daşıyan Nəcip Çağlayan Ədliyyəsinə gələrək şikayət etdi. O, türkiyəli həmkarlarımızla söhbətdə həyatı boyunca heç vaxt mərc oynamadığını vurğuladı. Nəcip də FİFA hakimi Zorbay Küçük kimi şəxsiyyət vəsiqəsinin nömrəsindən istifadə edilərək adına mərc saytnda saxta hesab açıldığını iddia etdi. Həqiqətən də həmin hesabın açılmasında istifadə edilən bank hesabı və telefon nömrəsinin bu futbolçu ilə heç bir əlaqəsi yoxdu. Bunu araşdırma da təsdiqlədi. Elə eyni sözlər “ağ-qaralar”ın qapıçısı Ərsin Destanoğluna da aiddi. “Qalatasaray”lı isimlər isə rəsmi şəkildə şikayət bildirmədilər. Onlar öz səhifələrində paylaşım edərək qismən də olsa, mərc oynadıqlarını etiraf etdilər. Ərən Elmalının adı bu qalmaqal üzündən Türkiyə yığmasının heyətindən çıxarıldı. 25 yaşlı futbolçu 5-6 il öncə bəzi matçlara pul qoyuluşu etdiyini, amma bunun rəsmi şəkildə qadağan olunduğunu öyrənəndən sonra bu işdən birdəfəlik əl çəkdiyini vurğuladı.

Bu etiraf onu cəzadan xilas etmədi. TFF-nin araşdırması başa çatdı və 1024 futbolçudan 102-nə müxtəlif cəzalar verildi. Onlar müəyyən müddətə futboldan kənarlaşdırıldılar. “Qalatasaray”lı isimlərin aqibətinə gəlincə, Metehan Baltacı 9 ay, Ərən Elmalı isə 45 gün meydana çıxa bilməyəcək. “Trabzonspor”lulardan Boran Başkan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza aldı. Maraqlıdı ki, qalmaqalda adı keçən yeganə əcnəbi futbolçu - “Konyaspor”lu Alassan Ndao da cəzadan canını qurtara bilmədi. Özü də seneqallı futbolçu nə az, nə çox – düz birillik cəza aldı! “Beşiktaş”lılarla bağlı yekun qərar açıqlanmasa da, onlara artıq cəza verilməyəcəyi dəqiqdi.

Onu da bildirək ki, bu cəzalar üzündən Türkiyədə qış transfer dönəminin müddəti 15 günlük uzadılacaq. TFF məhz bu məsələyə görə FİFA-ya “pəncərənin uzadılması” ilə bağlı müraciət edib.

Bu arada Metehan Baltacının aqibəti maraq doğurur. Çünki onunla bağlı Türkiyə mətbuatında yeni faktlar ortaya atılıb. “Qalatasaray”ın yetirməsi olan 23 yaşlı müdafiəçi 2023/24-də, yəni “Eyüpspor”da icarədə oynadığı dönəmdə 1000-dən artıq oyuna pul qoyuluşu edibmiş! Prokurorluqda ona aid dosyenin 150 səhifəlik olduğu bildirilir.

Klubların 6 aydan çox müddətə cəza alan futbolçularla müqaviləni birtərəfli şəkildə ləğv etmək hüququ var imiş. Bunu idman hüquqşünası və İdman Arbitraj Məhkəməsinin üzvü Emin Özkurt açıqlayıb. Ona görə də “Qalatasaray”ın hansı addımı atacağı maraq doğurur.

Metehanın müqavilə müddəti 2028-ci ilə qədərdi. Hələlik İstanbul nəhənginin qərara etiraz edəcəyi və məsələni Apellyasiya Komitəsinə daşıyacağı gözlənilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-11-2025, 17:0

Türkiyədə pul qoyuluşu qalmaqalında ikinci pərdə - ''Beşiktaş'' və ''Qalatasaray''lılar da var!

Dünya futbolu

12-11-2025, 19:0

''Qalatasaray''lı futbolçu pul qoyuluşuna görə yığmadan kənarlaşdırıldı!

Dünya futbolu

29-10-2025, 11:0

Türkiyədə oyunlara pul qoyuluşu edən FİFA hakiminin adı bəlli oldu

Dünya futbolu

6-11-2025, 18:0

Pul qoyuluşu etməkdə günahlandırılan 152 hakimdən yeni açıqlama

Dünya futbolu

17-11-2022, 18:0

Bu futbolçu 232 dəfə pul qoyuluşu edibmiş!

Dünya futbolu

9-11-2025, 18:0

Mərc oynamaqda günahlandırılan FİFA referisi əfv olunmağa yaxındı

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 122
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə