• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyədə pul qoyuluşu qalmaqalında ikinci pərdə - ''Beşiktaş'' və ''Qalatasaray''lılar da var!

Dünya futbolu

11-11-2025, 17:0

Türkiyə futbolunda oyunlara pul qoyuluşu edilməsi ilə bağlı yaşanan qalmaqal böyüməkdədi.

İlk öncə bu məsələ hakimləri əhatə etmişdi. Mərc oynayan və adları açıqlanan 152 hakimdən 149-u federasiya tərəfindən 8-10-12 aylığa futboldan kənarlaşdırılmış, 17-si isə hətta həbs olunmuşdu. Ancaq bu mövzunun çox geniş bir əhatə dairəsi olduğu və təkcə hakimlərlə kifayətlənilməyəcəyi aydın idi.

Noyabrın 10-da federasiya ''təmiz əllər'' əməliyyatının belə desək, ikinci pərdəsinə start verərək bu dəfə qeyri-qanuni şəkildə mərc oynayan 1024 peşəkar futbolçunun adını açıqladı! Onların hamısı Nizam-İntizam Komitəsinə sövq edilib. Hakimlər kimi futbolçuların da böyük əksəriyyətinin təxminən 10-12 aylığa futboldan kənarlaşdırılacağı gözlənilir. Bu üzdən qış transfer dönəmində Türkiyədə klublara əlavə 15 günlük ''pəncərə'' veriləcək. Federasiya hazırda bu güzəştlə bağlı FİFA ilə danışıqlar aparır.

İndi isə gələk əsas məsələyə. 1024 futbolçudan 27-si superliqada çıxış edir və ən maraqlısı odu ki, onların arasında nəhəng klubların üzvləri də var! Konkret desək, ''Beşiktaş''da Nəcip Uysal ilə Ərsin Destanoğlunun, ''Qalatasaray''da Ərən Elmalı ilə Metehan Baltacının, ''Trabzonspor''da isə Salih Malkoçoğlu ilə Boran Başkanın mərc oynadığı məlum olub.

Bundan başqa ''Alanyaspor''dan 4, ''Çaykur Rizəspor'', ''Qaziantep'', ''Göztəpə'', ''Kasımpaşa'', ''Fatih Karagümrük'', ''Konyaspor'' və ''Kayserispor''dan 2, ''Antalyaspor'', ''Eyüpsor'' və ''Samsunspor''dan isə 1 futbolçu oyunlara pul qoyuluşu edib.

Bu arada ''Beşiktaş''lı Nəcip Uysal bu gün günorta saatlarında İstanbul Çağlayan Ədliyyəsinə gələrək onun adından mərc saytında hesab açılması və pul qoyuluşu edilməsi üzündən şikayət edib. Ədliyyənin önündə türkiyəli həmkarlarımıza açıqlamalar verən təcrübəli futbolçu iddiaları qətiyyətlə təkzib edərək heç vaxt mərc oynamadığını bildirib. Daha öncə FİFA referisi Zorbay Küçük da məhz bu cür etmişdi. O da adı qalmaqalda hallandıqdan sonra Baş Prokurorluğa gələrək adına saxta hesab açan şəxsdən şikayət etmişdi.

Mövsümə ''Beşiktaş''ın kapitanı statusunda başlayan, amma bir ay öncə kapitanlığı əlindən alınan 34 yaşlı Nəcip bunları deyib:

''Bu gün bu mövzu ilə burda olmaq istəməzdim. Ancaq üstümə şər atılır. Şikayət üçün gəlmişəm. Mənim heç vaxt oynamadığım, hesab açmadığım bir saytda şəxsiyyət vəsiqəmin nömrəsi ilə hesab açılıb. Bonuslar ilə iki kupon yaradılıb və pul qoyuluşu edilib. Bundan şikayətçiyəm. Çox üzgünəm. 20 ildi, peşəkar şəkildə futbol oynayıram. Bu məsələdə klubumun da adının hallanması məni ikiqat üzür. Həyatımın ən çətin dönəmidi. Bu işlə heç vaxt məşğul olmamışam. Vəsiqəmin nömrəsi kopyalanıb. Məni bura gətirən insanlara qarşı mübarizəmi sona qədər davam etdirib onların hüquqi müstəvidə cavab vermələri üçün hər şey edəcəm. Bu olay yaşandıqdan sonra Zorbay Küçük ilə də danışdım. Onun da başına eyni hadisə gəlib. Saytda şifrəni yeniləmək istədikdə bir telefon nömrəsi çıxır. Mənim həmin nömrədən xəbərim yoxdu. Dediyim kimi həyatım boyu pul qoyuluşuna heç yaxın da durmamışam və heç yerdə də qeydiyyatdan keçməmişəm. Bunların hamısı təsdiqini tapacaq və prokurorluq da açıqlama verəcək. Ondan sonra sizinlə daha ətraflı danışarıq''.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-11-2025, 18:0

Mərc oynamaqda günahlandırılan FİFA referisi əfv olunmağa yaxındı

Dünya futbolu

8-11-2025, 21:0

Türkiyədə 17 hakim və 1 klub prezidenti həbs olundu!

Dünya futbolu

29-10-2025, 11:0

Türkiyədə oyunlara pul qoyuluşu edən FİFA hakiminin adı bəlli oldu

Dünya futbolu

6-11-2025, 18:0

Pul qoyuluşu etməkdə günahlandırılan 152 hakimdən yeni açıqlama

Dünya futbolu

8-06-2025, 23:0

''Qalatasaray'' cəzada da zirvədədi!

Dünya futbolu

12-04-2025, 20:0

İtaliyada yeni qalmaqal başlayıb

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 11:14
    “Azərbaycan adını eşidən elə ölkələr var ki...” - səfər oyunlarının yayını sual altındadı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə