Mourinyo məğlubiyyətdən sonra Kərəm Aktürkoğlunu xatırladı

22.10.2025 20:39 16
Dünya futbolu
Məlum olduğu kimi ''Benfika'' Çempionlar Liqasında ''Nyukasl'' önündə 0:3 darmadağın olaraq liqa mərhələsinin 3-cü turunu da xalsız tamamladı.

Matçın ardından Lissabon nəhənginin baş məşqçisi Joze Mourinyo mətbuat konfransında açıqlama verərkən Kərəm Aktürkoğlunu xatırlayıb. Bilindiyi kimi türkiyəli ulduz ötən mövsümdən bu yana ''Benfika''nın şərəfini qoruyurdu və təsnifat mərhələsində Mourinyonun ''Fənərbaxça''sı ilə dueldə məhz onun vurduğu yeganə qol sayəsində ''qartallar'' liqa mərhələsinə vəsiqə qazandılar. Həmin oyundan sonra Kərəm ''Fənərbaxça''ya transfer olundusa, Mourinyo Türkiyədən ayrılaraq ''Benfika''nın başına keçdi.

Təcrübəli mütəxəssis Kərəmin ayrılması və komandasının ÇL-də şanslarının qalıb-qalmaması haqda danışaraq bunları deyib:
''Çox bəyəndiyim bir oyunçu var idi və o, hazırda bizim komandada deyil. Kərəm Aktürkoğlunu nəzərdə tuturam. ''Benfika'' onun üçün darıxıb. Onun yeri görünür. ''Benfika''nı Kərəmi satdığına görə günahlandıra bilmərəm. Çünki ''Fənərbaxça'' ona burda qazandığından beşqat artığını təklif etdi. Belə olan halda bu transfer qaçılmaz idi. ''24-lüy''ə düşmək üçün 15 xal toplamağa ehtiyac olmayacaq. Məncə, bu mövsüm 9-11 xal yetərli olacaq. İndi qarşıda bizi iki ev oyunu gözləyir. Toparlanmağa çalışmalıyıq. Bu gün ilk yarıda pis oynamadıq. Hətta hesab 0:0 olarkən bizim fürsətlərimiz daha çox idi. Dörd dənə fürsəti boşa verdik. Amma yekunda 0:3 uduzduqdan sonra bunların artıq heç bir önəmi qalmır. Dediyim kimi sadəcə tezliklə toparlanmağa çalışmalıyıq''.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul