Fransalı futbolçu "Sabah"ın tarixinə düşdü

20.10.2025 20:55 35
Ölkə futbolu
"Sabah"ın futbolçusu Aron Maludanın Misli premyer-liqasının 8-ci turunda "Zirə"nin qapısına vurduğu qol tarixə düşüb.

"Football-plus.az" xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu "bayquşlar"ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub. Fransalı vinger "Sabah"dakı qol hesabını açıb.

Xatırladaq ki, "Sabah" - "Zirə" oyunu Masazır təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.