• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Çəkinəcəyiksə, bu işlə məşğul olmayaq" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

5-10-2025, 21:0

Misli premyer-liqasının 7-ci turu çərçivəsində “Şamaxı” səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Çətin oyun idi, mühüm qələbə qazandıq. Bilirik ki, "Qəbələ" turnir cədvəlində bizdən aşağı pillədə olsa da, yaxşı futbol oynayır, yaxşı mübarizə aparır. Uduzduqları oyunlarda da pis təsir bağışlamamışdılar. Gərgin oyun oldu, bunu gözləyirdik. Birinci hissədə 2-3 real qol epizodumuz var idi. Onları istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Ancaq bundan əvvəlki matçlarda etdiyimiz səhvləri bu oyunda təkrarlamadıq. Bu gün futbolçularımdan istəmişdim ki, 2-ci hissə nəticəyə oynayaq və səhvləri təkrarlamayaq. Fasilə olacaq, zədəlilərimiz də var. Çətindi. Onlar da düşərgəyə qayıdanda, daha rahat olacaq. Azarkeşlərimizi təbrik edirəm. Bu gün mühüm xal qazandıq və turnir cədvəlində irəliyə addımlaya, həm də xal fərqini artıra bildik. Bu da bizim üçün mühümdü.

- "Şamaxı" olaraq fasilədən necə istifadə edəcəksiz?
- Planlarımız var. Turun son görüşünü biz oynadıq, növbəti tura da ilk olaraq biz başlayırıq. Ötən dəfəki fasilədən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu da yaxşıdı, futbolçularımız tonusda olacaq. Beş futbolçumuz U-21 yığmasında olacaq. Məşqlərimiz eyni səviyyədə davam edəcək.

- AFFA-nın məlum paylaşımından nəsə başa düşmək olmadı. Sizdən eşitmək istəyərdik, milli komandaya baş məşqçi təyin olunmusuz? Detallar haqda məlumat verə bilərsiz?
- Məncə, AFFA məlumat verib, milli komandamıza rəhbərlik edirik. Əlbəttə, müqaviləmiz var. Şərtlər, detallar federasiyamızla aramızda olan məsələlərdir. Məni əsas maraqlandıran güvən və istək idi. O güvəni də gördüm. Milliyə kömək də lazımdır. Martdan federasiya ilə əməkdaşlığımız var, U-21 yığmasında işləyirdik. Elə gətirdi ki, Ukrayna oyununa çıxardıq komandanı, qarşıdakı planlar haqda geniş məlumat verəcəyik. Vaxt lazımdı, bəzi məsələlər həll olunmalıdı. Bu dəqiqə bir-birimizə güvən var, milliyə biz başçılıq edirik.

- Müddət məsələsində fikir ayrılığı var?
- Müddətdə heç bir problem yoxdu. Bir az müddət məsələsini də elə danışırıq ki, sanki 5-6 il desəm, hər şey bitir. Bilirsiz ki, məndən əvvəlki məşqçilərdə də müddət olub. Əvvəlki komandalarımda da 3 illik müqavilələrim olub. Məncə, müddət vacib deyil, vacib olan odu ki, biz nə istəyirik, qarşımıza qoyulan məqsəd nədi. O barədə fikir mübadiləmiz olub, anlaşma da əldə edilib.

- Rüfət Abdullazadəni milliyə niyə dəvət etmədiz?
- Ən önəmlisi odu ki, heyəti qorudum. Çünki millidə bu dəqiqə böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Çox problem var, bir çox futbolçu klublarında çıxış etmir. Bu dəqiqə dəyişiklik pis təsir edər. Son matçda da futbolçuların istəyinə görə haqq edirdilər ki, yenidən millidə olsunlar. Rüfət Abdullazadəni izlədim, onu çox yaxşı tanıyıram. Hücum xəttindəki rəqabətimiz çox yaxşıdı. Rüfət də gələcək planımızda var. Tək o yox, bir neçə futbolçu var ki, millinin heyətinə düşə bilər. Bu dəqiqə ən yaxşı formada Xəyal Əliyevdi. Amma U-21 yığmasını da, futbolçuların inkişafını da fikirləşirik. Rüfət də haqq edir. Qismət olarsa, dəvət ediləcəklər.

- Mahir Emreli klubunda oynamayanlardandır. Bu proses davam edərsə, necə olacaq?
- Mən başqa cür yanaşıram. Mahirlə də söhbətim olub. Bu gün futbolçularımızı da qorumalıyıq. Bəli, klubda da nəsə problem ola bilər, çətindir, oyun praktikası azdı. Amma hücum xəttindəki futbolçularımız ümumilikdə az oynayırlar. Yəqin ki, bunu Mahir daha yaxşı bilir, fikirləşir. Klubundakı niyə birdən-birə belə qərar verdilər? Çünki "Kayzerslautern" Mahirin transferində israrlı idi. Mahir ötən mövsümü də pis keçirməmişdi. Ona güvənimiz çoxdu. Digər futbolçularımız da var ki, Avropada rahatlıqla çıxış edə bilərlər. Bu dəqiqə Mahirə dəstək olmalıyıq.

- Milli üzvlərinin az oynamasının səbəblərindən biri də legioner limitidir. AFFA rəhbərliyi ilə söhbətinizdə bu barədə bu haqda danışmısız? Yenidən limitin tətbiqi gündəmə gələ bilər?
- Həmişə bu fikirdə qalıram ki, çempionatımızda ən azından limit olmalıdı. Bunu əvvəllər də demişəm. Ancaq futbolçular da fikirləşməlidi. Oyunçular da bəzən səhv qərarlar verirlər. Bilirlər ki, o komandada oynamaq ona çətin olacaq, ancaq israrla orada qalırlar. Bu gün yerli futbolçuların ən az oynadığı klub "Turan Tovuz"du. Rəhim Sadıqov, Ayxan Hüseynov, Veysəl Rzayev, Xəyal Nəcəfov, bunlar milliyə namizəd ola bilərlər. Amma az oynayırlar. "Qarabağ"da elədi ki, liqada oynayırlar, balans yaranır. Bəzən futbolçular milli üçün mübarizə aparmalıdırlar. Bu gün "Neftçi"də, "Zirə"də yerlilər oynayır, rəqabətdə udurlar. Gələcək göstərəcək. Fikir mübadiləsi olarsa, yenə də fikrimizi deyərik.

- Fransaya qarşı oyun haqda nə düşünürsüz? Sizcə, öz imicinizə də zərbə ola bilər? Çünki bəzi azarkeşlər Oser faciəsinin təkrarlana biləcəyini ehtimal edir. A milliyə gəlişinizi bir qədər ləngidib, sonra təyinat gerçəkləşə bilərdi?
- Fransa, Ukrayna və İslandiyaya qarşı oynamaq çox çətindir. Amma inanın ki, bu haqda bir saniyə belə, fikirləşməmişəm. Məni başqa detallar narahat edirdi. Doğrudu, dediyiniz məqamlar önəmlidi. Millidə çalışmaq istəyirsənsə, rəqiblər hər zaman güclü olacaq. Qarşıdakı rəqiblərin kim olacağını bilmirik. Çəkinəcəyiksə, bu işlə məşğul olmayaq. Futbolçularım da inanacaq, döyüşəcəyik. Bu dəqiqə ən vacibi savaşmaqdı. Bunu etdikdən sonra neqativlər olmayacaq. İnamlıyam. Qarşımıza qoyulan məqsəd vuruşmaqdır.

- Oynamayanları milliyə dəvət edən də sizlərsiz. Niyə onları dəvət edirsiz?
- Bu gün klublarında oynamayanlar zəif deyillər. Hər məşqçinin seçimi var. Oynayan oyunçulara baxmaq və oynamayanlarla müqayisə etmək lazımdı.

- Məsələn, keçmiş futbolçunuz Ayxan Hüseynov...
- Oynayır ki? İndi sizin oynamayanlar dediyiniz oyunçular, əvvəl oynamayıb? Elə yanaşmayaq da. Seçim azdı. Sən də haqlısan, mən də haqlıyam. Bu gün altı ay oynamayan oyunçunu milliyə dəvət etsəydim, sizinlə razıyam. Bu dəqiqə o oyunçuların hər an oynamaq şansı var. Mahir Emreli ən yaxşı oyunçumuzdu. Onu kənara atmağımız düzgün olmazdı. Ayxanı yaxından tanıyıram. Qol vurub. Onun yerində oynayanlara baxmaq lazımdı. Ceyhun Nuriyev dubl edib. Rüfət Abdullazadəni izlədim. Son oyunu məni qane etmədi. Oynamaq kifayət etmir. Rüfət 45 dəqiqə oynayırsa, milliyə gələcək deyə, bir şey yoxdu. Oyun keyfiyyəti var. Ozancan Kökçünü də dəvət etmədim. Baxışlar var. Rüstəm də oynayır, Rüfət də. Rüfət Abdullazadədə istədiyimizi görsək, çağıracağıq.

- U-21 yığması ilə bağlı planlar necə oldu?
- Heç bir plan yarıçmıq qalmayıb, davam edir. Qərarlaşdıq ki, ora da nəzarətimiz olacaq. Düzdür, oranın baş məşqçisi olacaq. Orada 4-5 futbolçu var ki, A milliyə namizəddi. Amma təcrübə qazanmalıdırlar. Builki işimiz o idi ki, A milliyə 4-5 oyunçu qazandıraq.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

20-09-2024, 20:0

"Bilirdik ki, bizi çətin oyun gözləyir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

14-09-2024, 19:0

"Bundan sonra daha çətin olacaq" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

29-08-2025, 22:0

"Hər iki komanda bir xala layiq idi" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

12-04-2025, 21:0

"Bu qərar ən böyük zərbəni "Şamaxı"ya vuracaq" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

30-09-2023, 18:0

"Bir qol vursaydıq, oyun bitə bilərdi" - Ayxan Abbasov

Ölkə kuboku / Manşet

4-12-2024, 23:0

"Müdafiədə səhvləri azaltsaq, nəticələr gələcək" - Ayxan Abbasov

Aktual
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Son xəbərlər
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Dünən, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Dünən, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Dünən, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Dünən, 14:45
    MS-ni tərk edə bilər
  • Dünən, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Dünən, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Dünən, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Dünən, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Dünən, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Dünən, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Dünən, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 264
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 230
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə