"Neftçi"nin "GO Sport"da rəsmi mağazası açıldı

5.10.2025 18:52 18
Ölkə futbolu
“Neftçi”nin rəsmi mağazası bundan sonra “Gənclik Mall”da yerləşən “GO Sport”da da fəaliyyət göstərəcək.

"Football-plus.az" xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klub rəhbərliyi ilə yanaşı, futbolçularımız – Emin Mahmudov, Mustafa Sek və Falaye Sako da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər.

Açılışa qatılan qonaqlara “Neftçi"dən xüsusi hədiyyələr təqdim olunub.