• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dembele dünyanın ən güclü futbolçusudu! - fransızlar mükafat sayında argentinalılara çatdı

Dünya futbolu

4-10-2025, 16:0

Bazar ertəsi futbol dünyasının əsas diqqəti Parisin belə desək, göbəyində yerləşən “Şatle” teatrına yönəlmişdi. Çünki “Qızıl top”un növbəti qalibi, eləcə də digər nominasiyalarda önə çıxanlar məhz burda bəlli oldu.

"Football-plus.az" xəbər verir ki, ötən ildən etibarən bu mükafat “Frans Futbol”la UEFA tərəfindən şərikli verilir. Futbolçuların mövsüm ərzindəki, konkret desək, 1 avqust 2024 - 31 iyul 2025 aralığındakı göstəriciləri əsas götürüldü. Qısaca qeyd edək ki, “Qızıl top”un qalibi FİFA-nın son reytinq cədvəlində ilk “100-lüy”ə düşən ölkələrdən olan jurnalistlərdən ibarət beynəlxalq münsiflər heyətinin rəyi əsasında müəyyənləşir.

Digər naminasiyalarda kimlər qalib gəldi?
Bu il “Qızıl top” Fransaya yollandı! PSJ-nin və Fransa yığmasının ulduzu Usman Dembele dünyanın ən yaxşı futbolçusu seçildi. “Barselona”nın və İspaniya yığmasının gənc ulduzu Lamin Yamal 2-ci, Dembelenin PSJ-də komanda yoldaşı olan Portuqaliya yığmasının yarımmüdafiəçisi Vitinya isə 3-cü yeri tutdu. Öncə “Qızıl top”un səsverməsində yekun “20-liy”ə və digər nominasiyaların qaliblərinə nəzər salaq.

1. Usman Dembele (PSJ)
2. Lamin Yamal (Barselona)
3. Vitinya (PSJ)
4. Məhəmməd Salah (Liverpul)
5. Rafinya (Barselona)
6. Əşrəf Hakimi (PSJ)
7. Kilian Mbappe (Real)
8. Koul Palmer (Çelsi)
9. Canluici Donnarumma (PSJ/Mançester Siti)
10. Nuno Mendeş (PSJ)
11. Pedri (Barselona)
12. Xviça Kvaratsxeliya (Napoli/PSJ)
13. Harri Keyn (Bavariya)
14. Dezire Due (PSJ)
15. Viktor Dyökereş (Sportinq/Arsenal)
16. Vinisius (Real)
17. Robert Levandovski (Barselona)
18. Skott Maktominey (Napoli)
19. Joao Neveş (PSJ)
20. Lautaro Martines (İnter)

Digər nominasiyalara gəlincə, qadınlar arasında ilin ən güclü futbolçusu mükafatını “Barselona”lı Aytana Bonmati qazandı. Özü də ardıcıl 3-cü dəfə!

Maraqlıdı ki, qadınlar arasına ardıcıl 5-ci dəfə bu mükafat “Barselona” futbolçusuna qismət oldu. Bonmatidən öncə ardıcıl iki dəfə Aleksiya Putelyas qalib gəlmişdi. Canluici Donnarumma “Lev Yaşin” mükafatını qazanaraq 2-ci dəfə ilin ən yaxşı qapıçısı seçildi! Daha öncə 2021-ci ildə bu mükafata sahib çıxan italiyalı qapıçı Emiliano Martinesin rekordunu təkrarladı. Buna qədər yalnız argentinalı Martines bu mükafatı iki dəfə (2023, 2024) qazanmağı bacarmışdı. “Herd Müller” mükafatını, yəni ilin ən yaxşı bombardiri adını kişilərdə Viktor Dyökereş, qadınlarda “Barselona”lı Yeva Peylor qazandı.

Hazırda “Arsenal”da çıxış edən Dyökereş 2024/25 mövsümünü 54-ü “Sportinq”in, 9-u İsveç yığmasının heyətində olmaqla ümumlikdə 63 qolla tamamlayıb! Ötən mövsüm KDÇ istisna olmaqla hər şeyi qazanan PSJ, təbii ki, ilin ən yaxşı komandası, parislilərin çalışdırıcısı Luis Enrike “Yohan Kroyff” mükafatını qazanaraq ilin ən yaxşı məşqçisi seçildi. Qadınlarda ilin ən yaxşı komandası ÇL-in son qalibi “Arsenal”, ilin ən yaxşı məşqçisi İngiltərə yığmasını çalışdıran Sarina Viqman seçildi. Luis Enrike Sokratesin adını daşıyan daha bir mükafata sahib çıxdı. Məhz onun əsasını qoyduğu “Xana Foundation” humanitar fəaliyyətinə görə fərqlənərək bu mükafatı qazandı. Tanınmış məşqçi bu fondu qızı Ksananın 9 yaşında xərçəngin bir növü olan osteosarkomadan dünyasını dəyişməsindən sonra yaratmışdı. Fond onkoloji və digər ciddi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım edir.

Mərasim keçirilən gün PSJ-nin Liqa-1-də “Marsel”lə oyunu olduğundan Enrike tədbirə qatıla bilmədi. Ona görə də mükafat onun böyük qızı Sire Martinesə təqdim olundu. Lamin Yamal əsas hədəfə çata bilməsə də, tədbiri mükafatsız tərk etmədi. O, 21 yaşdan aşağı futbolçulara təqdim olunan “Raymon Kopa”ya sahib çıxaraq ilin ən yaxşı gənc oyunçusu seçildi. Özü də Yamal bu mükafatı ardıcıl iki il qazanan ilk futbolçu kimi tarixə düşdü!

Favorit mövsüm ərzində dörd dəfə dəyişdi!
İndi isə bir qədər Dembelenin performansından və mövsüm ərzində bu mükafat uğrunda mübarizədə dəyişən liderlərdən danışaq. Qeyd edək ki, fransalı vinger klub mövsümünü 53 oyun, 35 qol, 16 məhsuldar ötürmə göstəriciləri ilə tamamlayaraq 51 qolun vurulmasında yaxından iştirak etdi. Amma mövsümün gedişində hər şey bu qədər aşkar deyildi. Bu mübarizədə lider 4 dəfə (!) dəyişdi. İlk “10-luğ”a hətta bir ara Deklan Rays da düşmüşdü.

Yayda Portuqaliyanın Millətlər Liqasındakı qələbəsindən sonra hər kəs Vitinyanın şansının əhəmiyyətli dərəcədə artdığını iddia edirdi. Belə bir qarışıq mövsüm onu göstərir ki, Lionel Messi və Kriştiano Ronaldo dönəmindən sonra artıq futbol dünyasında başqalarından aşkar şəkildə bir baş üstün olan futbolçu tapmaq çətindi. Təkcə bir faktı vurğulayaq ki, 2024-ün payızında bukmekerlər Dembelenin “Qızıl top”u qazanmasına 150 əmsal verirdi! Fransalı ulduz bu mübarizədə ilk “10-luğ”a yalnız martda daxil oldu. Heyrət doğuran daha bir məqam odu ki, mövsümün əvvəlində bukmekerlərin əsas namizədi olan Vinisius sonda 16-cı yeri tutdu! Halbuki kontorlar Vinisiusun ötən il üzücü şəkildə Rodriyə məğlub olmasından sonra bu dəfə toparlanaraq var gücünü ortaya qoyacağını düşünürdü. Amma bunun tam əksi oldu və braziliyalı həmin zərbədən sonra özünə gələ bilmədi.

Dekabrda artıq bukmekerlərin əsas favoriti Salah idi. Misirli superulduz həmin dönəmdə həqiqətən də “Liverpul”da mükəmməl məhsuldarlıq sərgiləyirdi, onun qalib gəlmək ehtinalı 50 faizdən yüksək qiymətləndirilirdi. Ancaq “Liverpul”un ÇL-də mübarizəni dayandırmasından sonra Rafinya zirvəyə yerləşdi. Ümumiyyətlə, “sambaçı” 34 qol, 25 məhsuldar ötürmə ilə fenomenal mövsüm keçirdi. O, bu göstəricidə hətta Dembeleni də üstələdi. Ona görə də bir çoxları Rafinyanın hətta “3-lüy”ə belə düşməməsinin ədalətsizlik olduğunu düşünür. Onun komanda yoldaşı Lamin Yamalın nisbətən zəif mövsüm keçirdiyi halda (55 oyun, 18 qol, 25 məhsuldar ötürmə), səsvermədə 2-ci yeri tutmasını yalnız yaşı ilə əlaqələndirmək olar. 17 yaşda həqiqətən də belə futbol sərgiləmək böyük hünər tələb edirdi. “İnter”ə qarşı ÇL-in yarımfinalındakı ilk oyunda sərgilədiyi performansdan sonra məhz Yamal “Qızıl top” uğrunda mübarizədə favoritə çevrilmişdi. Amma “Barsa”nın ÇL-də finaldan kənar qalması Dembelenin yolunu açdı. Məhz ÇL-in finalından bir gün öncə Usman əsas favoritə çevrildi.

Yamalın özü yox, atası narazılıq etdi
“Qızıl top” uğrunda mübarizədə 2-ci yeri tutanların reaksiyası həmişə maraq doğurub. Əvvəlki illərdə də ikinci pillə ilə kifayətlənməli olan futbolçuların maraqlı açıqlamalarının şahidi olmuşuq. Təkcə ötən il Vinisiusla Rodri arasında yaşananları xatırlamaq kifayətdi. Bu dəfə Yamaldan çox onun atası Munir Nasraui emosiyalarını büruzə verdi. O, tədbiri tərk edərkən “gələn il bizim ilimiz olacaq” açıqlamasını verdi. Dembelenin qələbəsindən sonra isə Yamalın atasının ilk sözləri belə oldu:

“Deməzdim ki, bu qarətdi. Amma mənəvi zərbədi. Lamin bu gün dünyanın ən yaxşı futbolçusudu. Bunu oğlum olduğuna görə demirəm. Onun rəqibləri yoxdu. Burda nəsə qəribə hadisə baş verdi”.
Yamalın atasının sözlərinə “Barselona” prezidenti Xuan Laporta da münasibət bildirməli oldu:
“Munir çox temperamentli insandı. Ancaq bir məqamı unutmayaq ki, onun oğlunun cəmi 18 yaşı var. Lamin bütün bunları çox gənc yaşda yaşadı. Belə şeydən sonra insan başını da itirə bilər. Ancaq biz ailədaxili işlərə qarışmırıq. Ailənin öz yeri var. Lamin heç də üzgün deyil. Tədbirdə onun hətta deyib-güldüyünü də gördük. Təbii ki, qalib gəlməyi çox istəyirdi. Eyni sözləri öz mövqeyində dünyanın ən yaxşısı olan Rafinya və Pedri haqda da deyə bilərəm. Lamin təzyiqin öhdəsindən gözəl gəlir. O öz oyunu ilə gözləntiləri artırır. Yaşına görə çox təcrübəli davranır”.
Tədbirə ailəsi ilə birlikdə təşrif buyuran “Barsa”nın gənc ulduzu belə desək, məğlubiyyətdən sonra “Şatle”də çox qalmadı. O şəxsən Dembelinin yanına gedərək onu təbrik etdi və daha sonra ailəsi ilə birgə tələm-tələsik tədbiri tərk etdi. Çox keçmədən Yamal sosial şəbəkədə bunları yazdı:
“Tanrının planı mükəmməldi: zirvəyə çatmaq üçün dırmaşmalısan. Raymon Kopanın adını daşıyan mükafatı ikinci dəfə qazandığım üçün şadam. Dembeleni mükafat və möhtəşəm mövsüm münasibəti ilə təbrik edirəm”.
Maraqlıdı ki, Yamalı 2-ci yeri tutması münasibəti ilə təbrik edənlər arasında “Real”ın gənc ulduzu Franko Mastantuono da var. 18 yaşlı argentinalı vinger bunları dedi:
“Yamalı səsvermədə ikinci pilləni tutması münasibəti ilə təbrik edirəm. Onun əla futbolçu olduğunu düşünürəm. Onunla müqayisə olunmağım haqda heç nə deyə bilmərəm. Özümü heç kimlə müqayisə etmək istəmirəm. Məni yalnız komandamın uğuru maraqlandırır. Fəxri mükafatlar da məhz bunun sayəsində qazanılır”.

Faktlar
* Dembele Raymon Kopa, Mişel Platini (3 dəfə), Jan-Pyer Papen, Zinəddin Zidan və Kərim Benzemadan sonra “Qızıl top”u qazanan 6-cı fransalı futbolçu kimi tarixə düşdü.
* Fransa “Qızıl top”u 8-ci dəfə qazanmaqla bu göstəricidə rekordçu olan Argentinaya çatdı. Argentinada 8 mükafatın hamısını Lionel Messi qazanıb. Almaniya, Niderland və Portuqaliya bu mükafata 7 dəfə sahib çıxıb. Digər ölkələrdə maksimum 5 “Qızıl top” var.
* Dembele “Qızıl top”a namizədlər sırasına düşdüyü ilk mövsümdəcə bu mükafatı qazanmağı bacardı. Sonuncu dəfə mükafatı bu şəkildə qazanan futbolçu 1995-ci ildə liberiyalı Corc Vea olmuşdu.
* Dembele son 24 ildə öz ölkəsinin klubunda oynayaraq “Qızıl top”u qazanan ilk futbolçu oldu. Sonuncu dəfə bunu 2001-ci ildə “Liverpul”da oynayarkən dünyanın ən yaxşısı seçilən ingiltərəli forvard Maykl Ouen bacarmışdı.
* Dembele mövsüm ərzində klub və yığma səviyyəsində 60 oyunda 53 qolun vurulmasında yaxından iştirak etdi. Bu, “Qızıl top”u qazanan futbolçular arasında ən yaxşı 15-ci göstəricidi. İlk iki pillədə Messi qərarlaşıb. Argentinalı 2012-ci ildə mükafatı qazanarkən 69 oyunda 113, 2011-ci ildə isə 70 oyunda 96 qolun vurulmasında yaxından iştirak etmişdi. 3-cü pillədə Kriştiano Ronaldodu (2013-cü il, 59 oyun, 84 məhsuldar hərəkət).
* 18 yaş 71 günlük Yamal “Qızıl top” tarixində ilk “3-lüy”ə düşən ən gənc futbolçu oldu! Onun qarşıdakı 3 ildə braziliyalı Ronaldonun rekordunu yeniləmək şansı var. Bu mükafatı qazanan ən gənc futbolçu 1997-ci ildə 21 yaş 3 aylığında məhz Ronaldo olub.
* Mbappe ardıcıl 8-ci dəfə ilk “10-luğ”a düşməklə fransalı futbolçular arasında yeni rekor müəyyənləşdirdi. Fransızlardan daha öncə Platini və Tyerri Anri 7 dəfə ilk “10-luğ”a düşmüşdülər.
* Dembele futbol tarixində Bobbi Çarlton, Frants Bekkenbauer, Herd Müller, Paolo Rossi, Zinəddin Zidan, Rivaldo, Ronaldinyo, Kaka, və Lionel Messidən sonra həm “Qızıl top”u, həm ÇL-i, həm də DÇ-ni qazanan 10-cu futbolçu oldu!

Səbəbkardan sitat
İnanılmaz hisslər keçirirəm. Deməyə söz tapmıram. PSJ ilə əla mövsüm keçirdim. Karyeram ərzində çox şey yaşamışam. Bu mükafatı əfsanəvi Ronaldinyonun əlindən qəbul etmək də xüsusi hissdi. Uğurlarımla fəxr edirəm. 2023-də məni transfer etmək qərarına gələn PSJ-yə minntədaram. Əl-Xelayfi mənim üçün ata kimidi. Eyni sözləri Luis Enrike haqda da deyə bilərəm. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Onlarla birlikdə, demək olar, hər şeyi qazandıq. Ona görə də bu mükafat əslində tək mənim yox, bütün komandanın əməyinin nəticəsidi. Bundan başqa, indiyə qədər şərəfini qoruduğum digər klublara – Dortmund “Borussiya”sına, mənə futbolu öyrədən doğma klubum “Renn”ə, İnyesta və Messi kimi dahilərlə birlikdə top qovduğum “Barselona”ya təşəkkür edirəm. Əslində “Qızıl top”u qazanmaq karyeramda başlıca hədəflərimdən biri deyildi. Amma onu qazanmaq qeyri-adi bir şeydi. Yığmadakı komanda yoldaşlarımı və məşqçimi də unutmuram. Didye Deşamın son ilində yenidən DÇ-ni qazanmağa çalışacağıq. Böyüdüyüm və ilk dəfə futbol oynamağa başladığım Evre şəhərinə də minnətdarlığımı bildirirəm. Vaxt tapan kimi həmişə oraları ziyarət edirəm. O insanlardan həmişə dəstək görürəm. Və təbii ki, anam başda olmaqla həmişə məni dəstəkləyən ailə üzvlərimə, eləcə də sona qədər mənə güvənməkdə davam edən menecerimə minnətdaram. O illər öncə mənə bir gün “Qızıl top”u qazanacağımı demişdi. Göz yaşı axıtmaq istəmirdim. Amma özümü saxlaya bilmədim. Ailəmə toxunan kimi hisslər məni üstələdi. Son ana qədər də qalib olub-olmayacağımı bilmirdim. Mənə heç bir məlumat verilməmişdi. Düzdü, PSJ-nin “Marsel”ə məğlubiyyəti bu gecənin gözəlliyini bir qədər azaltdı. Yamalla rəqabət xoşuma gəldi. Onun haqda yalnız xoş sözlər söyləyə bilərəm. Onun mövsüm ərzində necə oynadığını hər birimiz gördük. İnanılmaz potensiala malik olan qeyri-adi futbolçudu. Hər şey istədiyi kimi olsa, onun bir gün “Qızıl top”u qazanacağına inanıram. Ancaq tək Yamal yox, başqa güclü futbolçularla da rəqabət apardım. Bu, əla mübarizə idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-07-2025, 13:0

“Qızıl top”a kim daha yaxındı?

Dünya futbolu

2-10-2025, 13:0

“Qızıl top”: kim nə qədər səs toplayıb?

Dünya futbolu

9-06-2025, 03:0

Dembele liderliyi qorudu

Dünya futbolu

8-06-2025, 12:0

Mbappe ''Qızıl top'' uğrunda mübarizədə səs verəcəyi futbolçunun adını açıqladı

Dünya futbolu

29-10-2024, 01:0

Rodri “Qızıl top”u qazandı, “Real” tədbiri boykot etdi

Dünya futbolu

31-10-2024, 15:0

Benzemadan Vinisiusa dəstək: ''Rodri məni həyəcanlandırmır''

Aktual
“Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
“Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Son xəbərlər
  • Bu gün, 18:03
    “UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri - FOTO
  • Bu gün, 17:35
    “Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
  • Bu gün, 17:20
    “İnter” 16 ildən sonra “qızıl dubl” etdi! - İCMAL
  • Bu gün, 17:14
    "Karvan Yevlax" "Qəbələ"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 17:01
    “Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
  • Bu gün, 16:40
    “Kristal Pelas” və “Rayo Valyekano” ilk dəfə finala vəsiqə qazandılar - İCMAL
  • Bu gün, 16:30
    “Şəfa” bu gün çempion ola biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 16:19
    Emerinin komandası 6-cı dəfə finalda! - İCMAL
  • Bu gün, 15:58
    "Karvan-Yevlax" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 15:38
    Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
  • Bu gün, 15:21
    “Karyeramın ən yaxşı dönəmindəyəm” - Sara DÇ-yə yollanmaq arzusu ilə yaşayır
  • Bu gün, 14:54
    Pley-off sürprizlərlə başladı - İCMAL
  • Bu gün, 14:23
    ''Real'' etiraz dalğası fonunda qalib gəldi - Peres azarkeşlərlə mübahisə etdi
  • Bu gün, 13:52
    Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
  • Bu gün, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Bu gün, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada - türk ulduzun sayəsində!
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
Daha çox
Oxunub: 510
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 226
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 204
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 195
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 190
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə