Covanni Leoninin aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un müdafiəçisi dizindən aldığı zədəyə görə əməliyyat olunub. 18 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Liverpul”un bu yay “Parma”dan aldığı futbolçu ötən ay İngiltərə Liqa Kubokunun “Sauthempton”la matçında zədələnmişdi. Onun diz bağları qopmuşdu. Komandanın baş məşqçisi Arne Slot futbolçunun bir il yaşıl meydanlardan uzaqda qalacağını bildirib.