Misli premyer-liqasında oyun dayandı - səbəb

28.09.2025 19:38
Ölkə futbolu
Misli premyer-liqasında 6-cı tur çərçivəsində keçirilən "Sabah" - "Sumqayıt" oyunu zamanı stadionun projektorunda problem yaranıb.

"Football-plus.az" xəbər verir ki, görüşün 29-cu dəqiqəsində "Bank Respublika Arena"da işıqlar sönüb.

Bu səbəbdən matç dayandırılıb. Sözügedən dəqiqəyə qədər görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirdi.