“Fiorentina” hücum xəttini gücləndirib.
Florensiya klubu A seriyasının digər təmsilçisi “Kalyari”nin hücumçusu Roberto Pikkolini transfer edib. 24 yaşlı italiyalı oyunçu ilə müddəti 2030-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb.
Pikkoli son mövsümdə “Kalyari”də icarə əsasında oynayıb. Eyni adlı şəhərin klubu ötən ay futbolçunu birdəfəlik transfer edib. Roberto ötən mövsüm meydana çıxdığı 40 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.