Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şkendiya" Azərbaycandadı.
"Football-plus.az" xəbər verir ki, Şimali Makedoniya çempionu dünən gecə Bakıya gəlib. Onlar bu gün axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxacaq.
Xatırladaq ki, bu komandaların Skopyedə keçirilən ilk oyunda "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanıb.
Cavab görüşü sabah keçiriləcək. Oyun saat 20.00-da başlanacaq.