Donçiç 349 milyon avroluq müqavilə bağlayacaq

9.08.2025 14:20 3
İdman
MBA ulduzu Luka Donçiç "Leykers"lə yeni müqavilə bağlayacaq.

"Football-plus.az" xəbər verir ki, 4 illik sövdələşmənin dəyəri 349 milyon avrodu. Artıq bu gün Los-Ancelesdə imzalanma mərasiminin təşkili gözlənilir.

Donçiç "Jordan" idman ayaqqabasının səfiri kimi ABŞ turnesinə çıxıb. Nyu-York və Çikaqonun ardından reklam səfəri Los-Ancelesdə bitəcək.

Xatırladaq ki, sloveniyalı basketbolçu bu ilin fevralında səs-küylə şəkildə "Dallas"dan "Leykers"ə keçmişdi.