Ledeki 22-ci “qızıl”ını qazandı

8.08.2025 22:55 6
İdman
İkiqat olimpiya çempionu Keti Ledeki su növləri üzrə dünya çempionatlarının ən titullu qadın üzgüçüsü olub.

"Football-plus.az" xəbər verir ki, amerikalı idmançı Sinqapurda keçirilən yarışda 1500 m məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb. Bununla da, o, dünya çempionatlarında 22-ci qızıl medala yiyələnib. Ledeki bu medallardan 16-nı şəxsi, 6-nı isə estafet yarışlarında əldə edib. Keti bununla da rusiyalı sinxronçu Svetlana Romaşinanın (21 qızıl) rekordunu arxada qoyub.

Xatırladaq ki, dünya çempionatlarında ən çox “qızıl”ı amerikalı Maykl Felps qazanıb. Onun hesabında 26 qızıl medal var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul