Güləşçilərimizdən 2 qızıl medal

22.09.2023 22:03 216
İdman / Manşet
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçirilir.

“Football-plus.az” xəbər verir ki, bu gün təmsilçilərimiz üçün uğurlu keçib. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 82 kq-da qızıl medal qazanıb. O, finalda iranlı Əlirza Mohmadipianini məğlub edərək ikinci dəfə dünya çempionu olub.

55 kq-da mübarizə aparan Eldəniz Əzizli də final görüşünə çıxıb. O, həlledici matçda gürcüstanlı Nuqzari Tsurtsumiayanı üstələyərək 3-cü dəfə dünya çempionu adına yiyələnib.