“Sabah” Belqrada da azarkeş aparacaq?

15.08.2023 23:30 1 822
Manşet / Konfrans Liqası
"Sabah" cümə axşamı “Partizan”la Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Bəs klub səfərə azarkeş aparacaqmı? Nəzərə alaq ki, "bayquşlar" RFŞ ilə oyunda Latviyaya 10 fanat aparmışdı. Bəs azarkeşlərlə yanaşı, jurnalistlərin də aparılması ehtimalı varmı? Bu suallarla bağlı "Sabah"ın sözçüsü Elnur Həmidovun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Ötən oyunda səfərə 10 azarkeş aparılmışdı. Latviyada isə bu ölkədə yaşayan həmvətənlərimiz də onlara qoşulmuşdu. 100-dən çox soydaşımız komandamıza stadiondan dəstək verdi. Belqrada burdan azarkeş aparılmasa da, səfərdə azarkeş dəstəyinin olması gözlənilir. Belə ki, Serbiyada yaşayan soydaşlarımız klubumuza müraciət edərək oyunumuza gəlmək istədiklərini bildiriblər. Lakin hələ ki konkret say bəlli deyil. Çox güman, komandamıza nə qədər tamaşaçının dəstək verəcəyi oyun günü bəlli olacaq. Oyunu ölkəmizdə yayınlayacaq İctimai TV-nin şərhçisi və əməkdaşı bizimlə birlikdə səfər edəcək. Səfər oyunlarına daha çox media nümayəndəsinin aparılması məsələsinə gələcəkdə baxıla bilər".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul