"Formula 1": 2024-cü ildəki Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

5.07.2023 17:53 256
İdman
"Formula 1" üzrə 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Bakının ev sahibliyi edəcəyi mərhələ 13-15 sentyabrda təşkil olunacaq.

Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk dəfə sentyabra təsadüf edəcək.