Braziliyalı voleybolçu "Azərreyl"də

27.06.2025 23:36 175
İdman
"Azərreyl" voleybol klubu növbəti transferini həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, yeni mövsümdən etibarən braziliyalı hücumçu Qraziele Souza komandanın şərəfini qoruyacaq.

Təcrübəli voleybolçu Polşa, İspaniya, Fransa və Yunanıstan kimi ölkələrin çempionatlarında çıxış edib.