Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı davam edir.
"Football-plus.az" xəbər verir ki, yeddi turdan sonra Xaqan Əhməd yenə də liderdi. Artıq altıncı qələbəsini qazanan gənc azərbaycanlı istedad 6,5 xalla turnir cədvəlinin zirvəsində möhkəmlənib Ukraynalı Vitali Bernadski 6 xalla ikinci, Vüqar Manafov isə 5 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidi.