Atası Mahirin gözlənilən qərarından danışdı - hansı klublardan təklif alıb?

16.06.2025 09:57 237
Ölkə futbolu / Manşet
Mahir Emrelinin karyerasına harda davam edəcəyi bəlli deyil.

İddialara görə, 28 yaşlı futbolçu Almaniya, İlgiltərə, İtaliya çempionatlarından, eləcə də "Neftçi"dən təklif alıb. İş ondadı ki, seçim etməyə tələsmir - hələ dincəlir.

Bəs onun üçün ən uyğun seçim nədi? Özünü hansı klubda daha yaxşı tərəfdən göstərə bilər? Mahirə bu yöndə tövsiyələrininiz varmı?

"Football-plus.az"ın suallarını Emrelinin atası Anar Mədətov cavabladı:
"Mahirin hansı klublardan təklif aldığını bilmirəm. Hər halda, hadisələri qabaqlamaq istəmirəm. Məncə, ən yaxşısı gözləməkdi. Mahir nə qədər böyük klubda oynasa, o qədər yaxşıdı. Övladım olduğuna görə demirəm. Ümumiyyətlə, o, bizim fəxrimizdi. Mənim deməyimlə nəsə olmayacaq. Səbirli olaq, 20 gün gözləyək. İnanıram ki, Mahir ən doğru seçimi edəcək".
Xatırladaq ki, Emreli 2024/25 mövsümünü Almaniyanın 2-ci bundesliqa təmsilçisi "Nürnberq"də keçirib.

KƏNAN BAHADIR