Okonnor xərçəngə uduzdu

28.05.2025 20:34 18
İdman
İngiltərəli peşəkar boksçu Corciya Okonnor vəfat edib.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı idmançı ağır xəstəliyə qalib gələ bilməyib.

Döyüşçü son bir neçə ayda xərçəng xəstəliyi ilə mübarizə aparıb. O, peşəkar boksda keçirdiyi hər üç görüşdə qalib gəlmişdi.

Qeyd edək ki, Okonnor həvəskar boksda yeniyetmələr arasında dünya çempionatının gümüş (2017) və bürünc (2018) medalçısı olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul