Toral Bayramovun qolu Avropa Liqasının "10-luğ"unda

23.05.2025 11:34 10
Ölkə futbolu
Avropa Liqasında 2024/25 mövsümünün ən yaxşı 10 qolu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

"10-luq"da "Qarabağ"ın futbolçusu Toral Bayramovun əsas mərhələ çərçivəsində Norveç "Bude/Qlimt"i ilə matçda (2:1) vurduğu qol da yer alıb. Bu qol sıralamada 7-ci olub.

1-ci yeri isə Türkiyə "Qalatasaray"ının futbolçusu Yunus Akgünün əsas mərhələdə "Tottenhem"ə vurduğu qol tutub.