Krivotsyukun komandası xal itirdi

11.05.2025 11:54 16
Dünya futbolu
Cənubi Koreya çempionatında 13-cü turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” öz meydanında “Seul”la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Həmyerlimiz bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı matçın protokoluna daxil edilməyib.

Qeyd edək ki, “Daejeon” 28 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.