• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04”: çempionluq da gedir, məşqçi də, futbolçular da...

Dünya futbolu

27-04-2025, 13:0

2022-ci ilin oktyabrına qədər futbol dünyası hələ Xabi Alonsonu məşqçi kimi kəşf etməmişdi.

İspaniyalı mütəxəssis o vaxta qədər yalnız “Real Sosyedad”ın B komandasını çalışdırmışdı. Həmin tarixdə isə uğursuz nəticələrə görə Xerardo Seoaneni qovan “Bayer-04” risk edərək təcrübəsiz Alonsoya güvəndi. Bu risk özünü doğrultdu. İspaniyalı mütəxəssis komandanı 17-ci pillədə qəbul etdi və... Qalanı artıq tarixdi. Amma hər nağılın əvvəli olduğu kimi, sonu da var. Belə görünür, “Bayer-04” ilə Alonsonun nağılı sona yaxınlaşır. Ümumiyyətlə, yayda bu klubu çox ciddi dəyişikliklər gözləyir.

Alonsonun yolu Madridədi
Alonso hazırda dünya futbolunda bəlkə də ən çox arzulanan və ən çox müzakirə edilən baş məşçqçilərdən biridi. O, açıqlamalarsında etiraf etmişdi ki, “Bayer-04”dən sonra yalnız futbolçu kimi şərəfini qoruduğu klublardan, yəni “Real”, “Liverpul” və “Bavariya”dan birini çalışdırmağa üstünlük verəcək. 2024-ün yayında bu mütəxəssis Liverpuldan və Münhendən gələn təklifləri geri çevirdi. Məğlubedilməz bir “əjdaha”ya çevirdiyi “Bayer-04”ün başında qalıb Çempionlar Liqasında gücünü sınamaq ona daha cəlbedeici variant kimi göründü. Amma indi vəziyyət fərqlidi. 43 yaşlı mütəxəssisə “Real” ciddi şəkildə göz dikib. Qeyri-adi nəsə baş verməsə, Karlo Ançelotti mövsümün sonunda Madridi tərk edəcək. Hətta İspaniya mətbuatının iddiasına görə “Real” bu gün kubokun finalında “Barselona”nı məğlub edə bilməsə, don Karlo elə oyundan sonra istefaya göndəriləcək.

“Real” ilə Alonsonun bir-birini maqnit kimi cəlb etməsi “Bayer-04” rəhbərliyi üçün də sirr deyil. Klubun, təbii ki, bütün başverənlərdən məlumatı var. Yuxarıda Alonsonun ötən yay “Bavariya”dan və İngiltərədən gələn təklifləri geri çevirməsini elə-belə xatırlatmadıq. Alonso “Bayer-04”də tək bu klubla ÇL-də oynamaq istədiyinə görə yox, həm də “Real”dan təklif gözlədiyinə görə qalmağa üstünlük vermişdi. Göründüyü kimi, arzular reallaşmaq üzrədi. Hərçənd məşqçi özü yaranmış vəziyyətdə soyuqqanlılığını qorumağa və bu mövzudan mümkün qədər uzaqlaşmağa çalışır:

“Belə şeylər bizim gündəmimizdə deyil. Bizi yalnız mövsümün qalan hissəsi maraqlandırır. Mövsüm hələ bitməyib. Ona görə də gələcək haqda danışmaq və konsentrasiyanı itirmək olmaz. Gələcəyimlə bağlı mövzu indi aktual deyil. Şayiələr və dedi-qodu ilə bağlı danışmaq istəmirəm. Belə şeylər oyuna hazırlıq prosesinə mane olur”.

Ən önəmli açıqlamanı isə leverkuzenlilərin ispaniyalı idman direktoru Fernando Karro verib:
“Biz artıq rəhbərlik olaraq Alonso ilə onun ayrılması mövzusunda razılığa gəlmişik. Onun futbolçu kimi şərəfini qoruduğu klublardan biri təklif göndərsə, danışıqlar masasına əyləşəcəyik və ayrılmasına mane olmayacağıq”.

Düzdü, “Real” rəhbərliyində heç də hamı bu təyinatın tərəfdarı deyil. Amma sözü keçən əsas şəxs – prezident Florentino Peres Alonsonun təyinatını ikiəlli dəstəkləyir. Uzun sözün qısası, bu təyinatın gerçəkləşmək ehtimalı sürətlə 100 faizə yaxınlaşır. Sadəcə, bir qədər də səbrli olmalı və mövsümün bitməsini gözləməliyik.

Virts “Siti” ilə “Real” arasında seçim edəcək
Alonsonun Leverkuzendən ayrılması zəncirvari prosesin başlanğıcı ola bilər. Çünki bir çox ulduzun bu klubda qalmasının başlıca səbəbi məhz bu məşqçi idi. Ancaq bu ayrılıq baş tutandan sonra onlar üçün qərar vermək çətin olmayacaq. Avropa nəhəngləri üçün əsas “cekpot” Florian Virtsdi. Bu futbolçunun adı ətrafında az qala hər gün bir şayiə ortaya atılır. Artıq bilmirsən ki, hansına inanasan. Dəqiq olan bir şey var ki, Virtsin gələn mövsümə hansı klubda başlayacağı mövzusu hələlik həllini tapmayıb.

“Bild”in iddiasına inansaq, “Bayer-04” rəhbərliyi hələ də onu komandada qalmağa razı sala biləcəyinə inanır. “Aspirinlər”in arzusu bu istedadlı oyunçu ilə 2028-ci ilə qədər müqavilə imzalamaq və anlaşmaya 125 milyon avroluq sərbəst qalmaq maddəsi əlavə etməkdi. Bir şərtlə ki, bu maddə yalnız 2026-nın yayından qüvvəyə minməlidi. Amma Florian hər şeyə rəğmən, komandanı bu yay tərk etmək istəsə, “Bayer-04”ün 150 milyon avrodan aşağı təzminat tələb etmək niyyəti yoxdu.

Ona iddia edən əsas klublar “Real”, “Mançester Siti” və “Bavariya”dı. Burda Madrid nəhənginin xeyrinə olan bir sıra amillər var. Futbolçu özü ora can atır. Çünki Virts “Real”da həm ÇL-i, həm də “Qızıl top”u qazanmaq arzusuna daha tez çata biləcəyinə inanır. Digər amil isə əlbəttə ki, Alonsodu. Bir-biri ilə yaxşı anlaşan bu ikilinin yolu yenidən eyni klubda kəsişə bilər. Amma “Siti” də ümidini itirmir. İddialara görə Xosep Qvardiola artıq Virtslə telefonda danışıb və ona planları barədə məlumat verib. Kevin De Bruyne yayda “Siti”ni tərk edəcək və Virts bu futbolçuya ideal əvəzləyici ola bilər. Ən əsası “Real”ın 150 milyon avroya ödəməyə hazır olub-olmadığı bilinmirsə, “Siti” bu məbləği dünəndən ödəməyə, üstəlik futbolçunun özünə də illik 25 milyon avro təklif etməyə hazırdı.

Virtsdən fərqli “Bayer-04”ün daha bir önəmli futbolçusunun yayda klubu tərk edəcəyi artıq dəqiqdi. Söhbət Conatan Tadan gedir. Almaniya yığmasının üzvünün müqavilə müddəti yayda bitəcək. Bir sıra nəhənglərin hədəfində olan 29 yaşlı Ta klubla yeni müqavilə imzalamamaq qərarına gəlib. Onun üçün ən real variant “Barselona” sayılır. Kataloniya nəhəngi səviyyəli almaniyalı müdafiəçini pulsuz heyətə cəlb etmək fürsətini qaçırmaq istəmir. Özü də nəzərə alaq ki, klubun başında almaniyalı mütəxəssis dayanıb.

Tanın transferi “Barsa” üçün bu yay prioritet mövzulardan biridi. Bu keçidə mane ola biləcək yeganə amil “blauqrana”nın maddi sıxıntılarıdı. “Sport.es” iddia edir ki, bu problem üzündən Ta “Barsa”ya “hə” deməyə tələsmir. “Barsa” bu mövsüm yeni oyunçuların qeydiyyatdan keçirilməsi mövzusunda bir neçə dəfə problem yaşamışdı və Ta bunun təkrarlanmasından çəkinir.

Daha kimlər ayrıla bilər?
Top-klublardan birinə keçməyə daha bir əsas namizəd Ceremi Frimponqdu. Özü də universal niderlandlı müdafiəçi “Mançester Siti”nin akademiyasında yetişib. Ona görə də “şəhərlilər”in bu futbolçuya maraq göstərməsi təbiidi. “Caught Offside” portalının iddiasına görə “Bayer-04” rəhbərliyi Virtslə Frimponqa görə ümumilikdə 200 milyon avro tələb edir.

İspaniyanın “Sport” nəşri “Barselona”nın da bu futbolçuya maraq göstərdiyini xəbər verir. Amma bu, real görünmür. Maddi cəhətdən yaxşı günlərini yaşamayan “Barsa”nın bu yay, ümumiyyətlə, bahalı keçid reallaşdıracağı inandırıcı deyil. Frimponqu heyətində görmək istəyən əsas klub isə “Liverpul”du. “Bild” hələ 2024-ün noyabrında iddia etmişdi ki, ingilislər Aleksander-Arnoldun gedişindən sonra sağ cinahda yaranacaq boşluğu məhz Frimponqla doldurmaq istəyirlər. Deyilənə görə, artıq “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slot da həmyerlisi ilə telefon danışığınsa onu İngiltərəyə dəvət edib. “Liverpul”un bu transferə görə 40 milyon avro civarında məbləğ ödəyəcəyi gözlənilir.

Ötən mövsümdəki performansı ilə komandanın çempionluğunda heç də az rol oynamayan, bu mövsümü isə başqaları kimi nisbətən zəif keçirən Qranit Caka da ayrılmağa qalmaqdan daha yaxındı. Ona maraq göstərən əsas klub “Qalatasaray”dı. İnsayder Florian Plettenberqin məlumatına görə, İstanbul nəhənginin rəsmiləri artıq həm futbolçunun özü, həm də atası və meneceri ilə söhbətləşib.

Səudiyyə Ərəbistanından da təkliflər var. “Bayer-04” təcrübəli isveçərlinin klubda qalmasının əleyhinə deyil. Bu məsələdə maddiyyat mühüm rol oynayacaq. Mətbuatda tez-tez “Bayer-04”ün digər futbolçuları ilə də bağlı transfer iddiaları ortaya atılır. Məsələn, Argentina mətbuatı Ezekyel Palasiosun “Siti”nin, “Skay” isə ekvadorlu Pyero İnkapyenin “Real”ın maraq dairəsində olduğunu iddia etmişdi.

Jurnalist Patrik Bergerin paylaşdığı xəbərə görə “Mançester Yunayted” Patrik Şiklə ciddi şəkildə maraqlanır. Elə Qrimaldo ilə Bonifeysin ayrılması da təəccüblü olmayacaq. Nigeriyalı onsuz da bu qış ayrılmaq üzrə idi və onun “Əl-Nəssr”ə transferi son anda baş tutmadı. İspaniyalı Qrimaldo isə Leverkuzenə Alonsoya görə gəldiyini heç vaxt gizlətməyib.

Beləliklə, rəhbərlik bu yay təkcə Alonsoya əvəzləyici axtarmalı olmayacaq. Klub həm də faktiki yeni heyət quracaq.

ƏLİ RAUFOGĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-08-2023, 17:0

“Bayer-04” ilə yenidən anlaşdı

Dünya futbolu

11-03-2024, 11:0

“Bayer-04” Xabi Alonsoya görə 24 milyon avro istəyir

Dünya futbolu

3-04-2024, 00:0

“Bavariya” Alonsonun qərarına reaksiya verdi

Dünya futbolu

23-09-2024, 18:0

Alonsonun yerini kim tutacaq?

Dünya futbolu

24-03-2024, 22:0

Alonsonun yolu haradı?

Dünya futbolu

30-03-2025, 12:0

Alonsonun yolu haradı?

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə