• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasında ikihakimiyyətlilik yarandı - İCMAL

Dünya futbolu

26-04-2025, 11:0

A seriyasının 33-cü turunda nəzərdə tutulan on oyundan dördü baş tutmadı.

Roma Papası Fransiskin vəfatına görə bazar ertəsinə təyin olunan matçlar çərşənbə gününə ertələndi. Şənbə və bazar günü keçirilən oyunlarda diqqəti cəlb edən əsas fakt isə “İnter”in uduzması oldu. İtaliyanın son çempionunun büdrəməsi və “Napoli”nin qələbəsi A seriyasında ikihakimiyyətlilik yaratdı.

“İnter” üçün Bolonya səfərinin çətin keçəcəyi gözlənilirdi. Simone İnzaqinin komandası həftəiçi Çempionlar Liqasının (ÇL) 1/4 finalının “Bavariya” ilə cavab oyununda (2:2) az enerji itirməmişdi. ÇL-də mübarizəni hələ yanvarda - vahid liqa mərhələsində dayandıran “Bolonya”nın yenidən bu turnirdə oynamaq şansı var. Vinçentso İtalyanonun çalışdırdığı komanda milanlıların hələ də üç turnirdə mübarizə aparmasına görə yorğunluğundan maksimum yararlanmaq üçün əlindən gələni etdi.

İlk dövrənin yanvarın 15-də Milanda keçirilən oyununda 2:2 hesablı heç-heçəyə nail olan bolonyalılar bazar günü sanki finala çıxmışdılar. Birinci hissədə az-çox üstün oyun nümayiş etdirən, amma hesabı aça bilməyən “İnter” fasilədən sonra hardasa “sülh”ə razılaşan komandaya bənzəyirdi. Son çempionun rəqib qapısı qarşısında bir real qol imkanı belə yarada bilməməsinin səbəbi həm də ev sahiblərinin əzmkar və istəkli oyunu ilə bağlı idi.

Nəhayət, bolonyalıların qələbə istəyi son saniyələrdə reallaşdı. Orsolininin vurduğu qol komandasının ÇL ümidlərini davam etdirdi.

Əsas izləyicisi “İnter”in məğlubiyyətindən maksimum yararlandı. Gözlənildiyi kimi, “Napoli” liqanın aşkar autsayderi olan “Montsa”dan 3 xal aldı. Amma qələbə cənublulara heç də asan başa gəlmədi. Antonio Kontenin komandası səfər oyununda B seriyasına qayıtmaq istəməyən rəqibinin güclü müqaviməti ilə üzləşdi. Lakin Maktominey 72-ci dəqiqədə montsalıları məyus edən qolu vurmaqla komandasına şərikli liderlik qazandırdı. Qeyd edək ki, A seriyasında 9-cu qolunu vuran şotlandiyalı yarımmüdafiəçi karyerasının ən məhsuldar mövsümünü keçirir. Skott buna qədər sabiq klubu “Mançester Yunayted”in formasında ötən mövsüm premyer-liqada 7 qolun müəllifi olmuşdu.

Tur Milanın eyniadlı təmsilçisi üçün də uğursuz alındı. Serjio Konseysaonun komandası evdə “Atalanta”ya qalib gəlməklə ÇL-ə sonuncu vəsiqəni verən 4-cü yerə iddiasını davam etdirmək istəyirdi. Lakin “Milan” hesabına heç bir xal da yaza bilmədi. İlk hissədə topa daha çox sahib olan qonaqlar qapıçı Menyanı o qədər də narahat edə bimədilər, meydan sahibləri isə əsasən Leaonun fərdi bacarığına ümid edirdilər. Fasilədən sonra milanlılar fəallaşsalar da, hesabı berqamolular açdılar.

Edersonun başı ilə vurduğu qoldan sonra müdafiədə sayıq oynayan Can Pyero Qasperininin komandası 3-cü yerdəki mövqeyini möhkəmləndirdi. Son 5 oyundan yalnız birində qalib gələn “Milan”ın 9-cu yerdəki mövqeyi isə dəyişmədi. Ölkə nəhəngi bu gedişlə avrokuboklara yalnız İtaliya kubokuna yiyələnməklə vəsiqə qazana bilər. Bunun üçün isə ilk növbədə əzəli rəqib “İnter”ə yarımfinalda qalib gəlmək tələb olunur.

Tur “Roma” üçün də uğurlu alındı. Paytaxt komandası evdə “Verona”ya
Şomurodovun yeganə qolu ilə qalib gəldi. Ağır zədə üzündən mövsümü erkən başa vuran Dibalanın yoxluğunda start heyətində möhkəmlənən 29 yaşlı özbək hücumçu son matçlarda məhsuldar çıxışı ilə seçilir. “Roma” Klaudio Ranyerinin baş məşqçi vəzifəsinə təyinatından sonra artıq “ÇL zonası”na yaxınlaşıb. “Canavarlar”ın A seriyasında artıq 17 oyundu (12 qələbə, 5 heç-heçə) uduzmadığını da qeyd edək.

“Roma”nın sonuncu dəfə dekabrda uduzduğu (0:2) “Komo”nun çempionatda ardıcıl 3-cü qələbəsini qazanması da diqqəti cəlb edir. Fransesk Fabreqasın çalışdırdığı komandanın artıq praktiki cəhətdən A seriyasındakı yerini qoruduğunu iddia etmək olar.

33-cü tur
Montsa – Napoli 0:1

Maktominey, 72. (13784)
Napoli: Meret, Olivera (Rasadori, 64), Marin, Rrahmani, Di Lorentso, Gilmor (Zambo Angissa, 46), Lobotka, Maktominey, Spinatsola, Politano (Nqonq, 85), Lukaku (Simeone, 79).

Roma – Verona 1:0
Şomurodov, 4. (62714)
Roma: Svilar, Ndika, Mançini, Çelik, Anxelinyo, Kone, Kristante, Sule (Rensx, 82), Baldantsi (Pizilli, 63), Salemakers (Dovbik, 70), Şomurodov (Əl-Şaaravi, 82).

Bolonya – İnter 1:0
Orsolini, 90+4. (31978)
Bolonya: Ravalya, Holm, Beukema, Lukumi, Miranda, Ebişer (Moro, 88), Fröyler, Ndoy (Kambyaqi, 77), Odqor (Fabbian, 89), Dominges (Orsolini, 70), Dallinqa (Kastro, 77).
İnter: Zommer, Bastoni (Dimarko, 65), Açerbi, Pavar, Auqusto, Darmian (Bissek, 79), Mxitaryan (Frattezi, 65), Barella, Çalhanoğlu, Korrea (Taremi, 69), Martines (Arnautoviç, 88).

Milan – Atalanta 0:1
Ederson, 62. (72745)
Milan: Menyan, Tomori (S.Ximenes, 83), Pavloviç, Qabbya, A.Ximenes (Sottil, 75), Ernandes, Fofana, Reynders, Leao (Çukvueze, 83), Pulişiç (Feliş, 75), Yoviç (Abraham, 75).
Atalanta: Karnesekki, Cimşiti (Toloy, 59), Hin, Bellanova, Rucceri (Kuadrado, 59), Zappakosta (Kossunu, 59), De Roon, Ederson, Paşaliç (De Ketelare, 80), Lukman, Retegi (Sulemana, 90+1).

Leççe – Komo 0:3
Diao, 33; 90+1. Qoldaniqa, 84. (28181)

Empoli – Venetsiya 2:2
Fatsini, 59. Ancorin, 87 – Yeboa, 68. Busio, 85. (8477)

1. İnter 33 21 8 4 72-32 71
2. Napoli 33 21 8 4 52-25 71
3. Atalanta 33 19 7 7 66-30 64
4. Bolonya 33 16 12 5 52-37 60
5. Yuventus 32 15 14 3 49-30 59
6. Roma 33 16 9 8 48-32 57
7. Latsio 32 16 8 8 53-43 56
8. Fiorentina 32 15 8 9 49-32 53
9. Milan 33 14 9 10 51-38 51
10. Torino 32 9 13 10 36-37 40
11. Udineze 32 11 7 14 36-46 40
12. Komo 33 10 9 14 43-48 39
13. Cenoa 32 9 12 11 29-38 39
14. Verona 33 9 5 19 30-60 32
15. Kalyari 32 7 9 16 32-47 30
16. Parma 32 5 13 14 37-51 28
17. Leççe 33 6 8 19 23-55 26
18. Venetsiya 33 4 13 16 27-46 25
19. Empoli 33 4 13 16 26-52 25
20. Montsa 33 2 9 22 25-57 15

Bombardirlər: Retegi (Atalanta) - 23, Ken (Fiorentina) - 17, M.Türam (İnter) - 14, Lukman (Atalanta) - 13.

Turun rəqəmi
13 - “İnter” iki aydan sonra uduzdu. Simone İnzaqinin komandasının bütün turnirlərdə 13 oyunluq (9 qələbə, 4 heç-heçə) məğlubiyyətsiz seriyası qırıldı. Milanlılar sonuncu dəfə fevralın 16-da ölkə çempionatının səfər oyununda minimal hesabla “Yuventus”a uduzmuşdular.

Turun ulduzu
Rikkardo Orsolini (Bolonya) - “Bolonya”nın lideri “İnter” ilə oyunda meydana 70-ci dəqiqədə çıxmaq şansı qazandı. Nəticəni məhz Orsolini müəyyən etdi. 28 yaşlı hücumçunun vurduğu qolun olduqca baxımlı alındığını da qeyd edək: Rikkardo topu başı üzərindən “qayçı” zərbəsi ilə tora qovuşdurmaqla bu mövsüm çempionatda 12-ci qoluna sevindi. Onun 3 məhsuldar ötürmə ilə karyerasının ən yaxşı mövsümünü keçirdiyini də qeyd edək.

Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Ötən il məndən komandaya yardım əlimi uzatmağı xahiş etdilər və mən indiyədən bu işi görürəm. Amma “Napoli”nin azarkeşləri qələbələrin davamının gəlməsini istəyirlər, yoxsa onlar qəddarlaşa bilərlər. Mən isə baş məşqçi kimi hər şeyi nəzərə almalıyam. Mən axmaq deyiləm. Özüm özümə böyük təzyiq göstərirəm. Amma mənə mübarizəni yüksək səviyyədə davam etdirmək üçün vacib silahlar lazımdı. Əks halda bərk vuruşma olacaq və mən doğranmaq istəmirəm. Prezident De Laurentis ilə danışıqlar masası arxasına keçəcəyəm, həmin görüşdə hər şeyə aydınlıq gələcək. Ona böyük hörmətim var, amma özüm də hörmətə ehtiyac duyuram”.

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“Matçda sonuncu autun yerinə yetirilməsində böyük səhvə yol verildi: rəqib komanda topu oyuna daxil edilməli olduğu yerdən 12-13 metr kənardan meydana saldı. Biz isə həmin epizodda daha diqqətli ola bilərdik. İki oyunçumuz topa müdaxilə etmək üçün tullandı, əslində isə hava hücumunun qarşısını bir nəfər kəsməli idi. Hakim oyunu bacardığı qədər idarə etməyə çalışdı. Top mənim ayaqlarımın yanından auta çıxdı, rəqib isə onu “Bolonya”ya məxsus texniki zonanın qarşısından meydana daxil etdi. Bu, istənilən halda bizim üçün bəhanə ola bilməz. Çox məyusuq, bərabər səviyyəli oyunda böyük enerji sərf etdik və əvəzində son saniyələrdə bu şəkildə buraxdığımız qolla uduzduq. Top Orsoliniyə qədər gedib çıxmamalıydı. Qollarımızı yanımıza salıb dayanmayacağıq. Mövsüm heç də Bolonyadakı matçla sona çatmayıb. Səhvlərimizi təhlil etməli və irəli getməliyik. Qarşıda növbəti vacib oyunlar var”.
Serjio Konseysao, “Milan”ın baş məşqçisi:
“İlk hissə balanslaşdırılmış şəkildə keçdi, “Atalanta” topa daha çox sahib olarkən biz meydanın dərinliyindən oynamağa üstünlük verirdik. Amma üzərimizdə təzyiq hiss etmirdik. Fasiləyə qədər yaxşı oynadıq, sadəcə, hücumları sona çatdırmaqda çətinlik çəkdik. İkinci hissəyə kifayət qədər təhlükəli hücumlarla başladıq, lakin həlledici ötürmələrdə doğru qərar vermirdik. Rəqib isə yaxaladığı ilk ciddi imkanı qola çevirdi. Rəqibin tez-tez uzaq dirək istiqamətində asma etdiyini bilirdik, belə vəziyyətlərə hazırlaşmışdıq. Həftənin əvvəlində meydana sonradan daxil olan oyunçuların komandamıza əlavə güc qatdıqlarını söyləmişdim. Təəssüf ki, bu oyunda belə dəstəyi görmədik. Düzünü desəm, oyundaşını əvəzləyən futbolçularımızda aqressivlik yox idi”.
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Cari mövsüm mənim üçün inanılmaz keçir. Ona görə ki, bu qələbə bizə yenidən Çempionlar Liqasında oynamaq üçün real şans verir. Komandamız son 7 ildə 5-ci dəfə bu turnirdə oynamağa yaxındı. Bu, “Atalanta” üçün möhtəşəm nəticə olacaq. Və biz bu uğurun Berqamo üçün nə dərəcədə vacib oduğunu yaxşı bilirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu

24-04-2025, 21:0

A seriyasında növbəti təxirəsalma

Dünya futbolu

24-05-2023, 17:0

A seriyasında “Napoli” üçün tarixi fakt - TURUN ŞƏRHİ

Dünya futbolu

24-12-2023, 11:0

“İnter” titulu əldən verdi

Dünya futbolu

4-04-2024, 20:0

“İnter” öz rekordunu təkrarladı – TURUN ŞƏRHİ

Dünya futbolu

27-10-2024, 16:0

A seriyasında zəruri təxirəsalma

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 262
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 260
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə