Pepe Çempionlar Liqasında öz rekordunu yeniləyib.
"Football-plus.az" xəbər verir ki, “Portu”nun oyunçusu buna qrup mərhələsinin 6-cı turunun “Şaxtyor”la matçında (5:3) nail olub. Pepe 75-ci dəqiqədə qapıya yol tapıb. Nəticədə 40 yaş 290 günlüyündə fərqlənən müdafiəçi turnirin tarixində ən yaşlı qol müəllifi kimi öz rekordunu yeniləyib. O, bundan əvvəl 40 yaş 254 günlüyündə olarkən, 4-cü turun “Antverp” ilə oyununda qol vurmuşdu.
Qeyd edək ki, “Portu” “Şaxtyor” üzərindəki qələbə ilə 1/8 finala vəsiqə qazanıb.