Fransanın vahid rekordçusu oldu

17.04.2025 21:23 6
Dünya futbolu
PSJ Çempionlar Liqasının yarımfinalına çıxmaqla Fransanın vahid rekordçusu olub.

"Football-plus.az" xəbər verir ki, Luis Enrikenin komandası 1/4 finalın cavab görüşündə “Aston Villa”ya 2:3 hesabıyla uduzsa da, ilk matçda 3:1 hesablı qələbə qazandığı üçün mərhələni adlayıb.

PSJ Çempionlar Liqasının (Çempionlar Kubokunun) yarımfinalına 9-cu dəfə vəsiqə qazanıb. Bu planda “Marsel”i arxada qoyan paytaxt klubu Fransada yeni rekord müəyyən edib.

Əlavə edək ki, PSJ yarımfinalda “Arsenal”la qarşılaşacaq.