“Zədəlilərimiz çox olduğundan bir qədər ehtiyatlı danışıram” – Mübariz Orucov

7.04.2025 18:50 27
Ölkə futbolu / Manşet
“Neftçi” Misli premyer-liqasının 29-cu turunda səfərdə “Şamaxı”nı məğlub etdi.

“Football-plus.az” xəbər verir ki, qonaqların məşqçisi Mübariz Orucov oyundan sonra jurnalistlərin suallarını cavablayıb.

- Azarkeşlərə təşəkkür edirəm. Həmişəki kimi dəstək oldular. Zədəlilərimiz həddən artıq çoxdu. Bəzi oyunçularımız öz mövqeyində çıxış etmirdi. Futbolçulara təşəkkür edirəm ki, vəziyyətdən çıxmağı bacardılar.

- “Sabah”la cavab matçına qədər zədəlilər yetişə biləcəkmi?
- Zədəlilərin durumu fərqlidi.

- Emil Səfərovun durumu necədi?
- Onun çiynində problem var. Növbəti oyunlarda kömək edib-etməyəcəyi sual altındadı. İndi çətin dönəm yaşayırıq. Çalışırıq ki, bu durumdan çıxaq.

- “Sabah”la xal fərqini minimuma endirdiniz. Qarşıdakı turlarda 4-cü yer uğrunda mübarizə aparmaq olarmı?
- “Neftçi” olaraq, hər oyuna qələbə üçün çıxırıq. Kubokda da qələbə qazanmaq istəyirik. Nə dərəcədə alınacağını zaman göstərəcək. Zədəlilərimiz çox olduğundan bir qədər ehtiyatlı danışıram. Şans varsa, ondan istifadə edəcəyik.

- “Sabah”ın baş məşqçisi Vasili Berezutski “Kəpəz”lə oyundan sonra sizin futbolçunuz Elvin Camalov haqda danışıb. O, kubok oyunu ərəfəsində Camalovun qeyri-peşəkar davranış göstərdiyini bildirib. Buna münasibətiniz necədi?
- Düzü, bu barədə məlumatım yoxdu. Nədən və Elvinin hansı hərəkətindən danışdığını bilmirəm. İcazə versəz, bu sualı cavablamayım.

ƏSƏD SEYİDOV