Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra – aprelin 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq millimizin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, komandamız aprelin 6-dan 8-dək Bakıda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla ümumilikdə 15 futzalçıya dəvət göndərib.
Heyət: Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə (hamısı "Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Kamran Hacıyev, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov, Nurlan Mehdizadə ("Baku Fire"), Mirzə Əmirov, Fərid Atakişiyev, Emil Həsənzadə, Eldar Zeynalov (hamısı "Neftçi").
Millimizin heyəti açıqlandı
İdman






