Mark Kasadonun aqibətinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi La Liqanın son turunun “Atletiko” ilə oyununda dizindən xəsarət almışdı. Onun təxminən 2 ay meydana çıxa bilməyəcəyi gözlənilir. Kasadonun mövsümün sonuna kimi sıraya dönəcəyi sual altındadı.
21 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 36 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.