Ferran Torresin durumuna aydınlıq gəlib.
“Barselona”nın sosial şəbəkə hesabının yaydığı xəbərə görə, ispaniyalı futbolçunun dizində problem aşkarlanıb. Torres La Liqanın 9-cu turunun “Alaves” ilə oyununda (3:0) xəsarət alıb. Müayinədən sonra 24 yaşlı forvardın 1 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Ferran bu müddətdə La Liqada “Sevilya” və “Real”, Çempionlar Liqasında isə “Bavariya” ilə matçı kənardan izləməli olacaq.
O, cari mövsümdə bütün turnirlərdə “Barselona”nın heyətində 10 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.