Jerom Boatenqin aqibəti müəyyənləşib.
Ötən ilin yayından LASK-da çıxış edən Almaniya yığmasının sabiq müdafiəçisi ona qarşı irəli sürülən ittihamlara münasibət bildirib. Boatenq 2019-cu ildən sevgilisi Kasya Lenhardta ağır xəsarət yetirməklə ittiham olunurdu. Bu qadın 2021-ci ildə evində ölü halda tapılmışdı. Onun meyitində zorakılıq izləri aşkarlanmamışdı.
Həmin ildə məhkəmə işi Boatenqlə əlaqədar yenidən açılmışdı. 36 yaşlı futbolçu isə artıq bu işin dayandırdıldığını bildirib. Jerom “Münhen Respublika Prokurorluğu illər sonra nəhayət ki, barəmdə qaldırılan işi dayandırdı. Bütün ifadələrim doğru idi və mənə qarşı irəli sürülən ittihamlar yalan idi. Qərəzli münasibətə baxmayaraq, yanımda olan və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox şey deməkdi. İndi ailəm və mən gələcəyə pozitiv baxa bilərik. Heç vaxt təslim olmayın!” deyə açıqlama verib.
Xatırladaq ki, Münhen məhkəməsi Boatenqi 1,2 milyon avro məbləğində cərimələmişdi. Lakin bir neçə ildən sonra prosessual səhvlərə görə bu cəza ləğv edilib.