DÇ-nin seçmə turnirində yeni rekord

22.03.2025 16:25 9
Dünya futbolu
DÇ-2026-nın Asiya zonasının İran - BƏƏ oyununda (2:0) rekord qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, matçın ilk hissəsi elektrik kəsintisi səbəbindən dayandırılıb.

Elektrikin bərpasından sonra isə VAR-dakı problemə görə oyuna yenidən fasilə verilib. Bunlara görə ilk hissəyə 29 dəqiqə əlavə olunub. Ümumilikdə matçın 1-ci hissəsi 74 dəqiqə çəkib.

Bu, milli komandalar səviyyəsində oyunun ilk hissəsinə əlavə olunan ən uzun müddətdi

Əvvəlki rekord 24 dəqiqəyə bərabər olmuşdu. Klub səviyyəsində rekord isə 35 dəqiqəyə bərabərdi.