Zlatan İbrahimoviç Avropa çempionatının seçmə mərhələsinin yeni rekordçusu olub.
"Football-plus.az" xəbər verir ki, İsveç millisinin hücumçusu 41 yaş 172 günlüyündə Belçika ilə matçın (0:3) 73-cü dəqiqəsində meydana çıxıb. Zlatandan əvvəl AÇ-nin seçmə turnirinin ən yaşlı futbolçusu 1983-cü ildə 41 yaş 3 aylığında İsveçə qarşı oynayan İtaliya yığmasının sabiq qapıçısı Dino Zoff idi.
İbrahimoviç İsveç millisinin heyətində 122 oyun keçirib və 62 qol vurub. O, komandanın ən yaxşı bombardiridi.