Zamiq Albaniya kubokunun yarımfinalında

27.02.2025 09:52 255
Dünya futbolu
Zamiq Əliyev Albaniya kubokunun yarımfinalına yüksəlib.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" 1/4 finalda "Bülis"i mübarizədən kənarlaşdırıb.

Səfərdə 3:1 hesabı ilə qalib gələn Zamiqin komandası cavab matçında doğma azarkeşlər qarşısında eyni uğuru təkrarlaya bilməyib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. 90 dəqiqə meydanda olan Əliyev 1-ci hissədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Eqnatiya"nın növbəti rəqibi 1/4 final mərhələsi başa çatdıqdan sonra bəlli olacaq.