Karlsen cins şalvarını hərraca çıxardı

26.02.2025 14:03 246
İdman
Şahmat üzrə altıqat dünya çempionu – norveçli Maqnus Karlsen ötən ilin dekabrında Nyu-Yorkda keçirilən dünya çempionatında cəzalanmasına səbəb olan cins şalvarını hərraca çıxarıb.

Xatırladaq ki, Maqnus onda dress-kod qadasını pozmaqda günahlandırılmışdı.

Norveçli cəzalanandan sonra bir daha Beynəxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında keçiriləcək turnirlərlə qatılmayacağını bildirmişdi. Amma FİDE-nin prezidenti Arkadi Dvorkoviç sonradan dress-kod qaydalarını yumşaltdığına görə Karlsen blits üzrə dünya çempionatında iştirak etdi.

Norveçli şahmatçı X sosial şəbəkəsindəki səhifəsində hərracla bağlı bunları yazıb:

“Yasaq cins” artıq sizin ola bilər. Şalvarımı hərraca çıxarıram. Heç vaxt belə elan yazacağımı düşünməzdim. Əldə olunan vəsait xeyriyyə fonduna köçürüləcək”.