''Beşiktaş'' tarixinin ən bahalı oyunçusu ilə vidalaşdı

4.02.2025 11:34 310
Dünya futbolu
Bu qış ''Beşiktaş''dan ayrılan futbolçuların sayı 4-ə çatıb. İstanbul nəhəngi daha öncə Can Keleşi ''Kasımpaşa''ya və Jan Onananı ''Cenoa''ya icarəyə vermişdi.

''Football-plus.az'' xəbər verir ki, transferin son günündə daha iki futbolçu ilə yollar ayrıldı. Söhbət Şer Ndur və Əl Musratidən gedir. ''Qartal'' Nduru mövsümün əvvəlində PSJ-dən birillik icarəyə götürmüşdü. Onun müqaviləsi qarşılıqlı şəkildə ləğv edilib. 20 yaşlı Seneqal əsilli italiyalı yarımmüdafiəçi ''ağ-qaralar''ın heyətində 22 rəsmi oyuna çıxaraq 1 qol, 2 məhsuldar ötürmə ilə fərqləndi.

Ndur karyerasını İtaliyada davam etdirəcək. ''Fiorentina'' onu 5 milyon avroya PSJ-dən daimi əsasda transfer edib. Əl Musrati isə Fransaya yollanıb. ''Monako'' təcrübəli futbolçunu 6 aylığa icarəyə götürüb. Əl Musratinin ''Beşiktaş''dakı qazancını mövsümün sonuna qədər ''knyazlar'' ödəyəcək. ''Monako'' bu oyunçunu yayda birdəfəlik transfer etmək istəsə, İstanbullulara 8 milyon avro ödəməli olacaq.

Xatırladaq ki, Əl Musrati ''Beşiktaş'' tarixinin ən bahalı transferi statusundadı. ''Qartal'' 28 yaşlı liviyalı yarımmüdafiəçini 1 il öncə 1 milyon avroya ''Braqa''dan icarəyə götürmüş, daha sonra isə 2024-ün yayında əlavə 11 milyon avro ödəyərək onu daimi əsasda transfer etmişdi. Amma bu rekord məbləğə baxmayaraq Əl Musrati ''Beşiktaş''da qeyri-adi bir şeylə yadda qalmadı.

Onun Türkiyə karyerası yalnız 38 rəsmi oyun və 3 qoldan ibarət oldu.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul