• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AL-in pley-offunda İstanbul derbisi izləyə bilərik!

Dünya futbolu

25-01-2025, 17:0

Çempionlar Liqasında olduğu kimi bu həftə Avropa Liqasında da əsas mərhələnin 7-ci turuna yekun vuruldu.

''Football-plus.az'' xəbər verir ki, gələn həftə baş tutacaq son tur ərəfəsində nəfəslər tutulub. Türkiyənin hər 3 təmsilçisinin yola davam etmək şansı var. ''Qalatasaray'' zatən pley-offu çoxdan təmin edib. Okan Burukun komandası son turda səfərdə ''Ayaks''ı məğlub edəcəyi təqdirdə bir mərhələ oynamaqdan qurtulacaq və ilk ''8-liy''ə düşərək birbaşa 1/8 finala yüksələcək.

Hazırda 9-cu pillədə qərarlaşan ''Cim-Bom''a digər oyunların nəticələrindən asılı olaraq 1 xal da kifayət edə bilər. Amma bu ehtimal cüzidi. 9-24-cü pillədəkilər məlum olduğu kimi pley-offda oynayacaq. Son tur ərəfəsində ''Fənərbaxça'' 23-cü, ''Beşiktaş'' 24-cü pillədə qərarlaşıb. Joze Mourinyonun kollektivini son turda səfərdə ''Midtyullann'', Ole Qunnar Sulşerin kollektivini isə səfərdə ''Tvente'' ilə çətin oyunlar gözləyir. Bərabərlik digər oyunların nəticələrindən asılı olaraq onların da işinə yaraya bilər. Bunu son açıqlamasında Mourinyo da vurğulamışdı. Amma təbii ki, başqalarından asılı olmamaq üçün həm ''Fənər'', həm də ''Beşiktaş'' ilk növbədə qələbəyə can atmalıdı.

Yeri gəlmişkən, pley-off üçün indidən çox intriqalı bir variant mövcuddu. Qaydalara əsasən pley-offda 9 və 24-cü, 10 və 23-cü, 11 və 22-ci, 12 və 21-ci, 13 və 20-ci, 14 və 19-cu, 15 və 18-ci, 16 və 17-ci komandalar bir-biri ilə qarşılaşacaq. Az öncə də qeyd etdiyimiz kimi ''Qalatasaray'' son tur ərəfəsində 9-cu, ''Fənər''lə ''Beşiktaş'' isə uyğun olaraq 23 və 24-cü pillələrdə qərarlaşıb. Bu da o deməkdi ki, pley-offda İstanbul derbisinin şahidi ola bilərik. ''Qalatasaray''ın ya ''Fənər''ə, ya da ''Beşiktaş''a rəqib olmaq ehtimalı yüksəkdi. ''Qalatasaray''la ''Fənər'' düşəcəyi təqdirdə futbolsevərlər qısa müddət ərzində ardıcıl 3 tarixi İstanbul derbisini izləmək fürsəti qazanacaq. Çünki pley-offun ilk oyunu fevralın 13-də, cavab oyunu fevralın 20-də keçiriləcək.

Həmin həftəsonu, daha dəqiq desək, fevralın 23-də isə əzəli rəqiblər həm də Türkiyə çempionatı çərçivəsində qarşılaşacaq. Türkiyənin yoluna 3 komanda ilə davam etməsi həm də UEFA-nın əmsallar cədvəli baxımından da önəmlidi. Türkiyə hazırda 41,700 xalla 10-cu pillədədi. 9-cu pillədəki Çexiyanın 42,650 xalı var. Çexiyanın 3 təmsilçisindən 2-nin mübarizəni dayandıracağı dəqiqdi. ''Sparta''nın ÇL-də, ''Slaviya''nın isə AL-də pley-off şansı qalmayıb. Yalnız Plzen ''Viktoriya''sı AL-də pley-offu təmin edib. Türkiyənin əmsallar cədvəlini 9-cu pillədə bitirməsi ona görə vacibdi ki, çempionatda 2-ci pilləni tutan komanda növbəti mövsüm ÇL-də mübarizəyə 2-ci yox, 3-cü təsnifat mərhələsindən başlayacaq. Necə ki, ötən mövsüm Türkiyə artıq bunu bacararaq 9-cu olmuşdu.

Bu da o deməkdi ki, bu mövsüm superliqanı 2-ci pillədə tamamlayan kollektiv 2025/26-da ÇL-də mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaq.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-01-2025, 14:0

ÇL-də son tur ərəfəsində kimlər pley-offu təmin edib?

Dünya futbolu

24-01-2025, 13:0

Sulşerin ''Beşiktaş''da debütü nağıllardakı kimi alındı

Dünya futbolu

17-08-2024, 15:0

Superliqada 3-cü turun üç oyunu təxirə salındı

Dünya futbolu

25-05-2023, 14:0

Çempionluq mübarizəsiylə bağlı üç ehtimal var...

Dünya futbolu

10-11-2023, 20:0

''Beşiktaş'' antirekordunu yenilədi və pley-off şansını itirdi

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 276
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə