Zamiqin komandası qələbə qazandı

4.11.2024 15:15 301
Dünya futbolu
Albaniya çempionatında 12-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” "Tirana"nı qəbub edib və 1:0 hesablı qələbə qazanıb.

Start heyətində meydana çıxan azərbaycanlı müdafiəçi sona qədər oynayıb.

Qeyd edək ki, "Eqnatiya" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.