Juninyo stadiondadı, amma heç kimə qoşulmur!

9.01.2025 15:17 964
Aktual / Ölkə futbolu
“Qarabağ” hazırda “Azərsun Arena”da “Kəpəz”lə yoldaşlıq oyunu keçirir. Klubu tərk etməsi zaman məsələsi olan Juninyonun adı iştirak ərizəsinə salınmayıb.

“Football-plus.az” xəbər verir ki, braziliyalı hücumçu meydandan kənarda oyunu izləyir. O, nə məşq edənlərə, nə də oyunçulara qoşulub.

Xatırladaq ki, braziliyalının “Sevilya”ya transferi gözlənilsə də, son iddialara görə, o, “Flamenqo” ilə anlaşıb. Lakin hələ ortada rəsmi açıqlama
yoxdu.

RÖYANƏ OĞUZ