Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2024-cü ilin 21 yaşadək ən yaxşı futbolçularının siyahısını hazırlayıb.
"Football-plus.az" xəbər verir ki, bu, qurumun illik yekun hesabatında yer alıb.
64 liqada 2004-cü il və daha sonra anadan olmuş sağ vingerlər arasında millimizin və "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə də var. O, ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vuran futbolçuların sıralamasında 75,1 xalla 7-ci yeri tutub. Siyahının 1-ci pilləsində isə Türkiyə yığmasının və "Real"ın futbolçusu Arda Gülər (81,4 xal) yer alıb.
Qeyd edək ki, Nəriman Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 20 oyunda meydana çıxıb, 4 qol vurub (premyer Liqada) və 9 qolun ötürməsini verib (7-si premyer-liqada, 2-si Çempionlar Liqasının təsnifat mərhələsində).