"Sabah" üçün əlamətdar oyun

16.12.2024 11:34 333
Ölkə futbolu
“Sabah” ölkə çempionatlarında 40-cı səfər qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Bakı klubu Misli premyer-liqasının 17-ci turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. “Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadı.

Qeyd edək ki, “Sabah” ilk uğurunu premyer-liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.