Premyer-liqada yeni rekord

11.12.2024 11:55 284
Dünya futbolu
“Liverpul”un aparıcı futbolçusu Məhəmməd Salah yeni rekordun müəllifi olub.

Misirli futbolçu buna İngiltərə premyer-liqasının 14-cü turunun “Nyukasl”la matçında (3:3) nail olub. 32 yaşlı hücumçu dubl edib və bir məhsuldar ötürmə verib. Salah İngiltərə çempionatlarında həm qol vurduğu, həm də məhsuldar ötürmə etdiyi matçların sayını 37-yə çatdırıb.

Bu isə yeni rekorddu. Əvvəlki rekord Ueyn Runiyə məxsus idi - 36 oyun.