• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir Emreli, yoxsa Tonq Po? – YAZI

Manşet / Yazarlar

3-12-2024, 18:0

Kikboksinq üzrə dünya çempionu Erik Sloun Taylanda yollanır ki, çox güclü yerli döyüşçü Tonq Po ilə qarşılaşsın. Erikin kiçik qardaşı və sekundantı Kurt döyüşdən əvvəl uzaqdan qəribə səslər eşidir, bu səslərin qaynağı ilə maraqlanır. Kurt gördüyü mənzərədən şoka düşür: Tonq Po beton sütunlara elə zərbə vurur ki, tavandan mala tökülür. Kurt qardaşına yalvarır ki, ehtiyatlı olsun və ya döyüşdən imtina etsin, ancaq dünya çempionu məğlubedilməz olduğuna əmindi. Güclü Tonq Po rinqdə Eriki qəddarcasına döyür. Kurt rinqə dəsmal ataraq döyüşü dayandırmağı tələb edir, ancaq Tonq Po artıq məğlub etdiyi Erikin onurğasını qırır, onun çempion kəmərini kiçik parçalara bölür. Erik iflic olur, ömrünün qalan hissəsini əlil arabasında keçirir...

Öz aramızdı, uşaqkən baxdığım və bütün dünyada məşhur olan filmin süjetini az qala yarıya qədər danışdım. Davamının necə olduğunu bilmək istəyirsizsə, “yutub”da adını yazın, izləyin. Amma mənim sözümün canı başqadı...

Mahir Emrelinin futbolçu bacarığına və keyfiyyətlərinə zərrəcə şübhə etmirəm. Dəfələrlə demişəm, icazə versəz, bir də deyərəm: müstəqil Azərbaycanın futbolunun ən istedadılı üç yetirməsindən biridi. Təəssüf ki, eyni zamanda, həm də üç ən intizamsız, ipə-sapa yatmayan, meydandan kənarda qayda-qanun tanımayan yetirməsindən biridi. Məlum ailə münaqişəsində xoşagəlməz hərəkətləri oldu, şəxsən mən bu gün də onun ata yox, ana soyadı daşımasını qəbul etmirəm. Və ya yaxınlarda “Nürnberq”in baş məşqçisi, əfsanəvi Miroslav Kloze Mahir haqda danışırkən “sərt xasiyyəti var, bəzən oyun zamanı nəyisə bəyənməsə, əsəbləşə bilər" demişdi. Kəsəsi, Mahir dinc yox, nadinc adamdı – bizim kənddə uşaqları belə təsnifatlaşdırırdılar, mən də çox vaxt ikinci qrupda olurdum...

Hə, bu Mahir oktyabrın 11-də - yığmamızın Estoniya ilə səfər oyunundan sonra da əsəblərinə hakim ola bilməyib. Gözlənilməz və acı məğlubiyyət onun əsəblərini necə korlayıbsa, paltardəyişmə otağına yollanarkən tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib, ora ziyan vurub. Yəni Tonq Poluq edib. Mahir savadlı, dünyagörmüş futbolçudu, çox güman, məlum filmə də baxıb və ordan öyrəndiklərini Tallindəki "A.Le Koq Arena”nın üzərində tətbiq edib. Nəticədə UEFA tarixdə ilk dəfə hansısa azərbaycanlı futbolçuya töhmət verib. Hələ AFFA da Estoniyanın futbol qurumu ilə əlaqə saxlamalı, tavana dəyən ziyanı ödəməlidi.

Özü də qitə futbol qurumu Mahirin üzərinə çox ağır maddə qoyub: ləyaqətli davranış qaydalarını pozmaq! Çox sərt ittihamdı, bunun altından çıxmaq lazımdı. Mahirin isə bunun üçün hələ vaxtı çox olacaq – “Nürnberq”də də, yığmada da. Sadəcə, artıq böyümək, müdrikləşmək, qollarla yadda qalmaq vaxtıdı. Tonq Po filmlərdə olur, Mahir, real həyatda yox! Real həyatda elə Mahir Emreli ol, kifayətdi!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

İdman

19-08-2022, 15:0

Mayk Tayson əlil arabasında - FOTOLAR

Ölkə futbolu

3-12-2023, 23:0

Ramil oynadı, komandası heç-heçə etdi

İdman

14-06-2024, 23:0

Fürini bardan zorla çıxardılar

Dünya futbolu

24-11-2024, 11:0

''Qalatasaray'' faciəvi şəkildə ölən 9 yaşlı fanatın qəbrini ziyarət etdi

İdman

23-05-2022, 10:0

"Qəbələ"nin üzvü Azərbaycan çempionu oldu

Aktual
“Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Son xəbərlər
  • Bu gün, 14:57
    Neymar venesuelalılara yardım etdi
  • Bu gün, 14:26
    “Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
  • Bu gün, 14:00
    “Partizani”dən “Malişevo”ya keçdi: irəli, yoxsa geri addım?
  • Bu gün, 13:56
    5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
  • Bu gün, 13:25
    İlk oyunda moldovalı, ikincidə çex
  • Bu gün, 13:01
    Altı legioner gəlib, yeddinci yoldadı!
  • Bu gün, 12:58
    "Qarabağ" bu gün Avstriyada iki oyun keçirəcək
  • Bu gün, 12:29
    Emin Cəfərov Konfrans Liqasının oyununa təyinat aldı
  • Bu gün, 12:08
    Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
  • Bu gün, 11:56
    "Zirə" üçüncü yoxlama oyununa çıxır
  • Bu gün, 11:35
    PSJ-də yeni qapıçı
  • Bu gün, 11:14
    Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
  • Bu gün, 10:50
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 10:19
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 09:14
    Fransa və Meksika da 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə