Fernando Santuşun start heyəti: çox-çox maraqlıdı!

19.11.2024 23:16 601
Aktual / Manşet
Yığmamızın baş məşqçisi Fernando Santuşun İsveçlə taleyüklü oyunda güvəndiyi start heyəti artıq bəllidi.

İlk növbədə onu vurğulayaq ki, Estoniyaya qarşı başlayan heyətlə müqayisədə birdən-birə 5 dəyişiklik var. Bunların ikisi obyektiv səbəblə (Elvin Cəfərquliyev cəzalı, Rahil Məmmədov zədəlidi) bağlıdısa, Abbas Hüseynov, Ramil Şeydayev və Musa Qurbanlı da ilk “11-lik”dən kənarda qalıb. Start heyətinə düşən 5 yeni ad Amin Seydiyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Nəriman Axundzadə və Mahir Emrelidi. Əslində Bəhlulun da Qəbələdə yetərincə tez oyuna qoşulduğunu nəzərə alsaq, onu yeni saymaq çətindi. Hər halda, müdafiə xətti büsbütün yenilənib. Estoniya ilə oyunda müdafiənin üzərinə o qədər də çox yük düşmədiyindən müdafiəçilərin gücünü görə bilməmişdik. Bu dəfə isə Amin, Bəhlul və Anton Bədavi Hüseynova yardım etməyə çalışacaq.

Portuqaliyalı mütəxəssisin hücum oyunçuları ilə bağlı gedişi də maraqlıdı. Lənkəran futbolunun yetirmələri – Toral Bayramlı ilə Nəriman Axundzadə uzunmüddətli birgəliyin faydasını yaşıl meydanda göstərməlidi. Bu mənada Mahir Emreli də nəyisə sübut etməlidi. Axı məhz onun yersiz qırmızı vərəqəsi evdə Slovakiyaya uduzmağımızın əsas səbəbi oldu. Onun Miroslav Klozedən nəsə öyrənib-öyrənmədiyini biləcəyik. Bir sözlə, Fernando Santuş çox maraqlı heyət seçib. Futbolumuzun 7 yetirməsi + 4 “milliləşdirilmiş”! Bizi çox maraqlı qarşılaşma gözləyir. Ya hər şey, ya heç nə... Hər kəs ekran qarşısına!

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul