Millimizin İsveç və Slovakiya ilə oyunlar üçün heyəti

30.08.2024 11:13 335
Yığma
Millimizin Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb. Baş məşqçi Fernando Santuş sentyabrın 2-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı futbolçuları cəlb edib:

Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov

Müdafiəçilər: Amin Seydiyev, Qismət Alıyev, Şəhriyar Əliyev, Rahil Məmmədov, Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov

Yarımmüdafiəçilər: Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev.

Hücumçular: Ozancan Kökçü, Ramil Şeydayev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə İsveçlə, 8-də isə səfərdə Slovakiya ilə qarşılaşacaq.