Hər şey hazırdı, yalnız oynamaq lazımdı!

14.11.2024 21:29 357
Aktual / Yığma
Xəbər verdiyimiz kimi, yığmamızın Millətlər Liqası çərçivəsində Estoniya ilə oyununun keçiriləcəyi Qəbələ şəhər stadionunda tribunada və media sektorunda müəyyən işlər aparılırdı.

Sadion oyuna tam hazırdımı? İşlər bitibmi? İşlər görüləndən sonra UEFA durumu nəzərdən keçiribmi?

Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Stadion oyunu qəbul etməyə tam hazırdı. Hansı işlər nəzərdə tutulmuşdusa, reallaşıb”.


Xatırladaq ki, millimiz ayın 16-sı, saat 18.00-da Estoniya yığması ilə qarşılaşacaq.

ƏSƏD SEYİDOV