''Napoli''nin rəsmisi Osimhen haqda nə dedi?

13.11.2024 22:23 343
Dünya futbolu
İcarə əsasında top qovduğu ''Qalatasaray''da qolları sıralayan və yenidən diqqətləri üzərinə çəkən Viktor Osimhenlə bağlı şayiələr bitmək bilmir.

Son günlər Türkiyə mətbuatında ''Qalatasaray''ın nigeriyalı forvardı daimi əsasda transfer edə bilmək üçün ''Napoli'' ilə danışıqlar aparması barədə xəbərlər var idi. Bəzi mənbələr ''Cim-Bom''un hətta sponsorların dəstəyi ilə 60-65 milyon avro təklif irəli sürdüyünü yazmışdı. Amma ''Napoli''nin idman direktoru Covanni Manna Türkiyənin ''Sabah'' nəşrinə açıqlamasında bu transferin mümkün olmadığını bildirib. Hətta onun sözlərindən belə qənaətə gəlmək olar ki, ''Qalatasaray'' qışda Osimhenlə məcburi vidalaşa bilər:

''Biz heç kimlə danışıqlar aparmırıq. ''Qalatasaray''ın hazırda tələb olunan məbləği ödəmək üçün büdcəsi yoxdu. Osimhenin təzminatı 75 milyon avrodu. Onu istəyən çox komanda var. Hamısı da bu məbləği ödəməyə hazırdı. Kimsə, qışda bu pulu ödəyib Osimheni transfer etsə, biz bu vəziyyətdə sadəcə ''Qalatasaray''a icarənin ləğv edilməsi üçün kiçik bir məbləğ ödəmək məcburiyyətində qalacağıq''. Bu arada şayiələrə inansaq, Osimhenə maraq göstərən klublardan biri də ''Fənərbaxça''dı.


ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul