Millimizin üzvü qol vurdu və "qırmızı" aldı

10.11.2024 22:56 239
Dünya futbolu
Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geydiyi “Daejeon” səfərdə “İnçhon Yunayted”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Anton start heyətində meydana daxil olub. O, 15-ci dəqiqədə qol vurub. 90+1 və 90+3-cü dəqiqələrdə isə sarı vərəqələr alaraq meydanı tərk edib.

“Daejeon” 45 xalla 3-cü pillədə qərarlaşıb.